IQNA

İngiltərəli yaşlıların yarısı İslam barədə mənfi düşünür

7:37 - August 03, 2019
Xəbər sayı: 3485632
İngiltərədə aparılan sorğunun nəticələri göstərir ki, bu ölkədə yaşayan qeyri-müsəlmanların orta yaşdan yuxarılarının yarısı İslam dini və müsəlmanlar barədə mənfi düşüncə və təsəvvürə malikdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "metro.co" informasiya portalına istinadla verdiyi xəbərə görə, İngiltərədə əhalinin müxtəlif yaş təbəqələri, din və məzhəblərindən olan iki min nəfər arasında İslam dini barədə aparılan bir sorğunun nəticələri açıqlanıb.

Sorğunun nəticələri göstərir ki, İngiltərədə yaşayan qeyri-müsəlmanların orta yaşdan yuxarılarının yarısı İslam dini və müsəlmanlar barədə mənfi düşüncə və təsəvvürə malikdir. Onların fikrincə İslam dini və müsəlmanların yaşam tərzi İngilislərin milli dəyərlərinə uyğun deyil.

Bu sorğudan əldə edilə digər nəticə budur ki, İngilislərin hər üç nəfərdən iki nəfəri (67 faizi) İslam dini barədə mənfi münasibət bəsləyirlər.

Bundan əlavə sorğuda iştirak edənlərin 58 faizi bu ölkədə islamofobiyanın geniş yayıldığını təsdiq ediblər.   

Qeyd edək ki, İngiltərə əhalisinin 1.5 milyon nəfərə qədərini müsəlman cəmiyyəti təşkil edir. Onların çoxu əhli-sünnə məzhəbindəndirlər.  

http://iqna.ir/fa/news/3831781

captcha