IQNA

İşğal edilmiş ərazilərdə qədim məscid qalıqları tapıldı

11:09 - July 20, 2019
Xəbər sayı: 3485548
Bu qədim məscidin məkanı düzbucaqlı formadadır və mehrabı müqəddəs Məkkə şəhəri səmtinədir. Məscidin yerli əkinçilər tərəfindən ibadət etmək üçün tikildiyi ehtimal edilir.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin işğal edilmiş torpaqlarında yerləşən Rəht şəhərində dünyanın ən qədim məscidlərindən birinin qalıqları tapıldı.

Arxeologiya mütəxəssisləri bu məscid qalıqlarının milad tarixi ilə 7 və 8-ci əsrlərə aid olduğu qənaətindədirlər.

Həmin əsrlərdə İslam dini Fələstinin işğal edilmiş ərazilərinin cənubunda yerləşən Negev səhrasına gəlib çatıb.  

Məscidin məkanı düzbucaqlı formadadır və mehrabı müqəddəs Məkkə şəhəri səmtinədir. Məscidin yerli əkinçilər tərəfindən ibadət etmək üçün tikildiyi ehtimal edilir.  

Bu məscid tarixinə görə İslamın ən qədim məscidlərindən biri hesab edilir. Çünki İslamın bu ərazilərə çatdığı ilk illərdə (636 miladi) tikilmişdir.   

http://iqna.ir/fa/news/3828235

captcha