IQNA

Fələstinli əkiz dörd bacı Quranı əzbərlədilər

9:01 - July 20, 2019
Xəbər sayı: 3485544
Qurani-Kərimi əzbərləyən əkiz dörd bacının hər birinin 18 yaşı var. İşğal edilmiş Qüds şəhərinin cənubunda "Ummu Tuba" adlı kəndində kiçik bir evdə yaşayırlar.

Dima, Dina, Suzan və Vərzan əş-Şəniti adlı Fələstinli əkiz dörd bacılar Qurani-Kərimi bütünlüklə əzbərləməyə müvəffəq olublar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qurani-Kərimi əzbərləyən əkiz dörd bacının hər birinin 18 yaşı var. İşğal edilmiş Qüds şəhərinin cənubunda "Ummu Tuba" adlı kəndində kiçik bir evdə yaşayırlar.

Bu əkiz dörd bacı orta məktəbi yüksək qiymətlər və müvəffəqiyyətlə başa vurmaqla yanaşı Qurani-Kərimi də əzbərləyiblər.

موفقیت 4 قلوهای دختر فلسطینی در حفظ کل قرآن

Onlar 13 yaşlarında ikən Abdullah ibn Məsud adına Quran hifzi təlimi mərkəzində Quranı öyrənməyə başlayıblar. Bacılar 17 yaşlarınadək bütün Quranı əzbərləyə biliblər.

موفقیت 4 قلوهای دختر فلسطینی در حفظ کل قرآن

Əkiz dörd bacılar məktəb dərslərindəki müvəffəqiyyətlərini də Quran hifzinə borclu bilir və deyirlər ki, Qurani-Kərim bizim elmimizə və vaxtımıza bərəkət verdi və İslam Təlimləri və Ərəb dilini öyrənməkdə bizə xeyli kömək oldu.

Hər gün Əqsa məscidini ziyarətə gedən bu dörd bacının arzusu mühəndislik və tibb elmləri üzrə təhsillərini davam etdirməkdir.   

http://iqna.ir/fa/news/3828223

 

captcha