IQNA

Yunanıstan kilsəsi əşyalarının sionistlərə satılmasına etiraz etdi

23:40 - July 17, 2019
Xəbər sayı: 3485529
Yunanıstanın Beytul-Müqəddəsdəki Ortodoks kilsəsi bu ibadət ocağının daşınmaz əmlakının qəsəbə sakinləri olan sionist yəhudilərə satılmasına etiraz edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "palestinechronicle" informasiya portalına istinadla verdiyi xəbərə görə, Yunanıstanın Beytul-Müqəddəsdəki Ortodoks kilsəsi bu ibadət ocağının daşınmaz əmlakının qəsəbə sakinləri olan sionist yəhudilərə satılmasına etiraz edib.

Yunanıstanın Beytul-Müqəddəsdəki Ortodoks kilsəsinin məsulları işğalçı İsrail rejiminin ali məhkəməsinin yekun qərarının əleyhinə gələn həftə ərizə hazırlayacaq.

Ərizədə açıqlanıb ki, Yunanıstanın Beytül-Müqəddəsdəki ortodoks kilsəsinin əmlakı rüşvət müqabilində satılıb və bu ticarət müqaviləsini imza edənlər satqın insanlar olub və imza etdikdən dəhral sonra qaçıblar.

Yunanıstanın Beytul-Müqəddəsdəki Ortodoks kilsəsinin sözçüsü İsa Müslih kilsənin yəhudilərə satılması barədə deyib: Bu kilsə saxta sənədlər əsasında satılıb.

Qeyd edək ki, bu kilsə 2004-cü ildə satıldıqdan sonra Fələstin xalqının qəzəblənməsinə səbəb olmuşdu və 2005-ci ildə kilsənin məsulu vəzifədən qovulmuşdu.  

http://iqna.ir/fa/news/3827270

captcha