IQNA

11:40 - July 03, 2019
Xəbər sayı: 3485443
Suriya prezidenti Bəşşar Əsəd cari həftənin birinci günü, 1 İyul 2019-cu il, Fələstin Muxtar Təşkilatının rəisi Mahmud Abbasa qızıl suyu ilə yazımış nəfis Quran nüsxəsi hədiyyə edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriya prezidenti Bəşşar Əsəd cari həftənin birinci günü, 1 İyul 2019-cu il, Fələstin Muxtar Təşkilatının rəisi Mahmud Abbasa qızıl suyu ilə yazımış nəfis Quran nüsxəsi hədiyyə edib.

Nəfis Quran nüsxəsini Bəşşar Əsəd tərəfindən Suriyanın İslami Fondlar (Vəqflər) Naziri Məhəmməd Əbdüssəttar Fələstin Azadlıq Təşkilatının siyasi idarəsinin müdiri Ənvər Əbdülhadiyə təqdim edib.

Fələstin Azadlıq Təşkilatının siyasi idarəsinin müdiri Ənvər Əbdülhadi də öz növbəsində Fələstin Muxtar Təşkilatının rəisi Mahmud Abbasın göndərdiyi və üzərinə "Əqsa məscidi"nin şəkili xüsusi ustalıqla həkk edilmiş saatı Bəşşar Əsədə hədiyyə edib.

Suriyanın İslami Fondlar (Vəqflər) Naziri Məhəmməd Əbdüssəttar və Fələstin Azadlıq Təşkilatının siyasi idarəsinin müdiri Ənvər Əbdülhadi İslami Fondlar Nazirliyinin Dəməşq qərargahında görüşüblər.

Tərəflər bu görüşdə Fələstinin "əsrin müqaviləsi" planı ilə üzləşmədə təhlükəli mərhələdə olmasını və Fələstin Muxtar Təşkilatının bu məsələ ilə bağlı problemlərini müzakirə ediblər.  

http://iqna.ir/fa/news/3823987/

 
هدیه قرآنی بشار اسد به رئیس تشکیلات خودگردان فلسطین + عکس
 
هدیه قرآنی بشار اسد به رئیس تشکیلات خودگردان فلسطین + عکس
 
هدیه قرآنی بشار اسد به رئیس تشکیلات خودگردان فلسطین + عکس
 
هدیه قرآنی بشار اسد به رئیس تشکیلات خودگردان فلسطین + عکس
Ad:
E-poçt:
* Comment: