IQNA

Hollandiyada "Tövhid məscidi" istifadəyə verildi

1:13 - June 23, 2019
Xəbər sayı: 3485371
Məscidin açılış mərasimində Türkiyə cümhuriyyətinin Diyanət İşləri Bakanlığının (Dini İşlər Təşkilatı) rəisi Əli Ərbaş və Türkiyənin Hollandiyadakı səfiri Şəban Dişli iştirak edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hollandiyanın cənub-şərqində yerləşən Venlo şəhərində yeni tikilmiş "Tövhid məscidi"nin açılış mərasimi keçirilib.

Mərasimdə Türkiyə cümhuriyyətinin Diyanət İşləri Bakanlığının (Dini İşlər Təşkilatı) rəisi Əli Ərbaş və Türkiyənin Hollandiyadakı səfiri Şəban Dişli iştirak edib.

Türkiyənin İslami Fondlar Müəssisəsinin təşəbbüsü və maliyyə dəstəyi ilə tikilən bu məscidin inşasına 2016-cı ildə başlanılıb. Məsciddə eyni vaxtda 2500 nəfər namaz qıla bilər. Məscidin sahəsi 3 min kv.metrdir. Məscidin dini elmlərin öyrənilmə mərkəzi, toplantı salonu, maşın parkı, restoranı, xanımlar üçün xüsusi ofisi və sair imkanları vardır.

Məscidin açılış mərasimi, dünən, həftənin Cümə günü, 21 İyun 2019-cu ildə Cümə namazından sonra keçirilib.

Tövhid məscidinin camaat imamı Əhməd Dursun məscidin tikilməsində əsas hədəfin Hollandiya vətəndaşları üçün İslam dini və mədəniyyəti ilə tanışlığa zəmin yaratmaq və habelə İslam dininin sülh və qardaşlıq mesajlarını onlara çatdırmaq olduğunu vurğulayıb.  

http://iqna.ir/fa/news/3821279

captcha