IQNA

Fələstin bayrağı İsraili qəzəbləndirdi

18:31 - May 19, 2019
Xəbər sayı: 3485156
İşağlçı, terrorçu və sionist İsrailin paytaxtı Tel-Əvivdə keçirilən "avrovizion" yarışlarının final mərhələsində iştirak edən İslandiyalı nümayəndələr səhnəyə FƏLƏSTİN bayrağı ilə çıxıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsrailin paytaxtı Tel-Əvivdə keçirilən "avrovizion" yarışlarının final mərhələsində iştirak edən İslandiyalılar səhnəyə FƏLƏSTİN bayrağı ilə çıxıblar.

İslandiyalı yarış nümayəndələrinin bu addımı terrorist, işğalçı və sionist rejimi İsraili elə qəzəbləndirib ki, hətta yüksək rəsmi dairələr buna reaksiya veriblər.

FƏLƏSTİN informasiya mərkəzinin məlumatına əsasən, İslandiyalı iştirakçıların bu addımı ilə eyni zamanda yarışların keçirildiyi məkanın qarşısında da Fələstin xalqı və son günlərdə İsrail ordusunun təcavüzkar hücumuna məruz qalmış Qəzza əhalisi ilə həmrəylik aksiyaları keçirilib.

Digər tərəfdən isə hakerlər ikinci dəfə yarışların canlı yayımında qarışıqlıq sala biliblər. Canlı yayıma hakerlər tərəfindən müdaxilə edilən zaman məşhur müğənni Madonna səhnədə olub. Hakerlər Madonnanın yerinə sionistlərin xarabalığa çevirdiyi şəhərlərin fotolarını paylaşıblar.  

Hakerlər "avrovision" yarışlarının açılış mərasiminin birbaşa yayımını da dayandıraraq İsrailin məhv ediləcəyi barədə mesajlar paylaşmışdılar.    

http://iqna.ir/fa/news/3812826

captcha