IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, onlarla sionist rejimi polisi Əqsa məscidinə daxil olaraq ibadət edən fələstinliləri məsciddən çıxarıb.
Hər il Ramazan ayında fələstinlilər Əqsa məscidində axşam təravih namazından sonra etikaf saxlayırlar.
Bu il İsrail əsgərləri buna maneçilik törədib. Qeyd edək ki, Əqsa məscidi son zamanlar radikal yəhudilərin və İsrail rejimi əsgərlərinin tez-tez basqınına məruz qalır.
Mənbə: Eastnews.org