İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın İran İslam Respublikasının "İslam İnqilabı Keşişçiləri Korpusu"nu (SEPAH) terrorist adlandırmasının ardınca dünyanın müxtəlif ölkələri və müxtəlif dövlətləri bu məsələyə münasibət bildiriblər.
İraqın Xarici İşlər Naziriliyi, İraqın İslami Müqavimət Hərəkatı qruplaşmaları, Suriya Xarici İşlər Nazirliyi, Yəmənin "Müştərək Görüş" (əl-Liqaul-Müştərək) partiyası, NÜCƏBA, HİZBULLAH, və Çinin rəmsi xəbər agentliyi bəyaniyyə yayaraq Trampın SEPAH-ı terrorist adlandırmasını məhkum ediblər.
Bəyaniyyə yayan dövlət və təşkilatlar elan ediblər ki, ABŞ özü əl-Qaidə, İŞİD və Taliban kimi terror qruplaşmalarını yaradıb və Amerika terroristlərin rəhbəridir.
Sənadan bəyanat verən "Liqaul-Müştərək" patriyası elan edib: Quldurluq edən və fintə alovunu şölələndirən Amerika regionda sabitliyin pozulması və işğitşaşların yaradılması yönündə bu fikri səsləndirib. Bu addımın bütün mənfi nəticələrinə Amerika məsuldur. Sionist rejimi və muzdur Ərəb dövlətlərinin ABŞ-ın bu qərarını xoş qarşılması isə "əsrin müqaviləsi" layihəsinin həyatına keçməsi hədəfini güdür.