IQNA

İraqda milli qari və müəzzin yarışları başlayıb

22:39 - February 23, 2019
Xəbər sayı: 3484735
İraqın "milli qari və müəzzin yarışları"nın ilkin mərhələsi ölkənin müxtəlif əyalətlərində bu gün (23 Fevral 2019) öz işinə başlayıb. Yarışların final mərhələsi Ramazan ayında keçiriləcəkdir.

İraqda milli qari və müəzzin yarışları başlayıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın "milli qari və müəzzin yarışları"nın ilkin mərhələsi ölkənin müxtəlif əyalətlərində bu gün (23 Fevral 2019) öz işinə başlayıb.

Bu yarışlar İraqın Kərbəla şəhərinin peyk televiziya kanallarından biri olan "Quran kanalı" vasitəsi ilə "Hüdən Lil-Müttəqin" proqramı adı ilə yayımlanacaq.

Yarışların ilkin mərhələsi bütün yaş qrupları arasında keçiriləcəkdir. Hər əyalətdən 10 nəfər seçilərək Ramazan ayında keçiriləcək final mərhələsində yarışacaqlar. Final mərhələsində isə ilk üç yerin qalibləri mükafatlandırılacaq və habelə hər əyalətin 10 nəfər ən seçilmiş iştirakçısına hədiyyələr təqdim ediləcəkdir.

İraqın milli Qruan və Azan yarışlarında birinci yeri qazanana nağd pul mükafatında əlavə İmam Hüseynin (ə) hərəminin minarəsində Quran qiraət etmək və Azan demək də hədiyyə ediləcəkdir.    

http://iqna.ir/fa/news/3792394

Teqlər: iqna ، İraq ، azan ، quran ، qari
captcha