IQNA

Həcc ziyarətinə getməyin qiyməti dəyişdi

14:54 - February 23, 2019
Xəbər sayı: 3484733
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Azərbaycandan Həcc ziyarətinə getməyin qiyməti artıq məlum olub.

Həcc ziyarətinə getməyin qiyməti dəyişdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) İslamazeri.com-a verilən məlumatda bildirilib ki, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.

Ziyarətin ötənilkindən bir qədər baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və otellərin qiymətlərinin bahalaşması ilə əlaqədardır.

Artıq Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək arzusunda olan bütün insanlar bu arzularını reallaşdıra biləcəklər. Zəvvarlar bu il də, ötən il olduğu kimi, təyyarə ilə yola salınacaq.

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu. Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edirdi.

 

Teqlər: həcc ، Həcc ziyar ، iqna ، azərbaycan
captcha