IQNA

Qətər zəvvarların Həcc ziyarətinə gedə bilmələri üçün hüquqi yollar axtaracaq

12:59 - February 20, 2019
Xəbər sayı: 3484720
Qətər İnsan Hüquqları üzrə Milli Komitəsi (NHRC), Səudiyyə Ərəbistanını Həcc ziyarətini siyasi hesabların çəkilməsi üçün alətə çevirdiyini və buna qarşı beynəlxalq mexanizmlərə müraciət edəcəyini açıqlayıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.az-a istinadla xəbər verir ki, Qətər İnsan Hüquqları üzrə Milli Komitəsi (NHRC), Səudiyyə Ərəbistanını Həcc ziyarətini siyasi hesabların çəkilməsi üçün alətə çevirdiyini və buna qarşı beynəlxalq mexanizmlərə müraciət edəcəyini açıqlayıb. 

Maide.Az xəbər verir ki, NHRC-nin yazılı məlumatına görə, komitə sədri  Əli bin Samih əl-Merri Avropa İttifaqının (AB) Dini Azadlığı üzrə Komissar Jan Figellə görüşüb.

Ə.S. Merri deyib ki,  Səudiyyə Ərəbistanının Ərəbistanının üç ildir ki, Qətər vətəndaşları və bu ölkədə yaşayanlar üçün həcc və ümrə ziyarəti üçün maneələr yaradır. “Görünən o ki, ibadət azadlığına mane olan irqçi ayrı-seçkiliyin bir növüylə qarşı-qarşıyayıq. Region xalqları arasındakı ideoloji qarşılıqlı razılaşmaya baxmayaraq Səudiyyə Ərəbistanı rəhbərliyinin izlədiyi siyasət, siyasi münaqişələrin gətirdiyi yeni bir ayrı-seçkilik növünü ortaya çıxardır. 

Ötən il Qətərin Milli İnsan Hüquqları Komitəsi (NHRC) Səudiyyə Ərəbistanının qətərli hacılara tətbiq etdiyi maneələrin aradan qaldırılması üçün Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət məktubu göndərib. 

Məktubda embarqoların davam etməsi və Səudiyyə rəhbərliyinin Qətər vətəndaşları və bu ölkəyə gələn digər inanclıların ibadətlərini yerinə yetirmələri üçün heç bir müsbət addım atmaması göstərilib.

Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədri Əli bin Samih əl-Merri sözügedən məktubda qeyd edib ki, qətərlilərin digər müsəlmanlar kimi Həcc əməlini yerinə yetirə bilməsi üçün Səudiyyə Ərəbistanına qarşı təcili tədbirlər görülməlidir.

captcha