IQNA

Londonda "İslam, Qərb və Radikalizm" toplantısı keçiriləcək

9:49 - February 19, 2019
Xəbər sayı: 3484716
İngiltərənin paytaxtı London şəhərinin Qərbi-Asiya İslami Araşdırmalar Mərkəzi tərəfindən "İslam, Qərb və Radikalizm: perspektivlər, siyasətlər" adlı toplantı keçiriləcək.

Londonda İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin paytaxtı London şəhərinin Qərbi-Asiya İslami Araşdırmalar Mərkəzi tərəfindən "İslam, Qərb və Radikalizm: perspektivlər, siyasətlər" adlı toplantı keçiriləcək.

İslami Araşdırmalar və İnformasiya Mərkəzinin (İRİC) rəsmi portalının bu barədə yaydığı məlumata görə, "İslam, Qərb və Radikalizm: perspektivlər, siyasətlər" adlı toplantı Fevral ayının 20-də yerli vaxtla saat 10:00-dan 17:00-dək keçiriləcəkdir.

Toplantının hədəfi İslam mədəniyyətinin Asiyanın qərb regionlarında təsiri, bu təsir altında yaranan siyasi, ideoloji cərəyanların yaranması və radikal hərəkatların analiz etməkdir.

Toplantıda "Georgie Mason University" universitetinin ustadı Əbdüləziz Saşadina (Abdulaziz Sachaedina) "İslami siyasi ilahiyyat və onun qərbdəki radikalizmdə təsiri" mövzusunda çıxış edəcəkdir. Daha sonra digər iştirakçılar İslam və müsasir müsəlmanlar, siyasət və siyasi İslam, qadınlar və şiə mərcəiyyəti, İslam və müdara, Britaniyanın orta şərqdə xarici siyasəti, İran Afrikada, daxili müharibədələrdə radikalizmin anilizi və sair mövzularda yazdıqları məqalələrini təqdim edəcəklər.

Qeyd edək ki, İslami Araşdırmalar və Asiyanın Qərbi Mərkəzi 2016-cı ildə Londonun "Royal Holloway" universitetində təsis edilmişdir.        

http://iqna.ir/fa/news/3791258  

captcha