IQNA

Əqsa məscidinin xətibi vəfat etdi

9:04 - February 17, 2019
Xəbər sayı: 3484702
Qəzzə universitetinin sabiq rəisi, Məscidul-Əqsanın sabiq xətibi və bir neçə məşhur bədii ədəbiyyat və şer kitabının müəllifi Şeyx Siyam Sudanın paytaxtı Xartum şəhərində fani dünya ilə vidalaşıb.

Əqsa məscidinin xətibi vəfat etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qəzzə universitetinin sabiq rəisi və Məscidul-Əqsanın sabiq xətibi Sudanın paytaxtı Xartum şəhərində fani dünya ilə vidalaşıb.

Şeyx Məhəmməd Siyam həftənin Cümə gün, səhər saatlarında, beyin infarktı səbəbi ilə dünyasını dəyişib.

O, 1988-ci ildə HƏMAS təşkilatının ilk bəyaniyyəsini yazdığı üçün və bu təşkilatın rəhbərlində iştirak etdiyi üçün Fələstindən sürgün edildi.

Şeyx Siyam 1994-cü ilə qədər Sudandan yaşadı. Həmin il Yəmənə köçərək burada HƏMAS təşkilatının rəsmi nümayəndəsi və Fələstin Birliyinin Rəisi vəzifəsində çalışdı. Yəməndə müharibə başlayandan sonra yenidən Xartuma qayıtdı.

Fələstinli tarixçi Üsamə Əşrəq deyir: Şeyx Siyam Fələstinin səfiri idi. O hər yerə gedirdi və Fələstinin dərdini danışırdı, xeyriyyəçilərin köməklərini özü ilə gətirirdi.

Şeyx Siyam "Dəaimul-Həqq" (1981), "Mülhimətul-Bəraim" (1982), "Miladu Ümmətin" (1987), "Divanul-İntifazə" (2007) və "Divanu Yəvmil-Muxabiratil-Ammə" (2008) adlı şer kitabları və bədii ədəbiyyatın müəliifidir.   

http://iqna.ir/fa/news/3790379

captcha