IQNA

İraqın parlaq istedadlıları arasında milli Quran yarışları keçiriləcək

0:12 - December 15, 2018
Xəbər sayı: 3484348
Bu yarışlar Dekabr ayının 20-də İraq şiələrinin vəqflər idarəsinin nəzdində fəaliyyət göstərən "Milli Quran Elmləri Mərkəzi"nin təşəbbüsü ilə Kufə məscidində başlayacaq və 23-dək davam edəcəkdir.

İraqın parlaq istedadlıları arasında milli Quran yarışları keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın parlaq istedadları arasında Qurani-Kərimin hifzi və qiraəti üzrə 11-ci milli Quran yarışları keçiriləcəkdir.
Bu yarışlar Dekabr ayının 20-də İraq şiələrinin vəqflər idarəsinin nəzdində fəaliyyət göstərən "Milli Quran Elmləri Mərkəzi"nin təşəbbüsü ilə Kufə məscidində başlayacaq və 23-dək davam edəcəkdir.
Dekabr ayının 19-da isə yarışların keçirilməsinin ali komitəsinin Qari və Hafizlər ilə iclası keçiriləcəkdir.
Bu yarışların qalibləri İraqı dünyanın müxtəlif ölkələrinin beynəlxalq Quran yarışlarında təmsil edəcəklər.
Qeyd edək ki, İraqın "parlaq istedadların Quran yarışları"nın ilkin mərhələsi əyalətlər üzrə keçirildi. Əyalətlər üzrə qaliblər isə Kufə məscidində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.  
http://iqna.ir/fa/news/3772199

captcha