IQNA

Vəhdət konfransı həqiqi İslamı dünyaya çatdırır

22:34 - November 25, 2018
Xəbər sayı: 3484238
Bəzi məşhur simaları və siyasət adamları müsəlmanların arasında vəhdət yaratmaq üçün çalışmırlar. Bunun da səbəbi onların şəxsi mənfəətləridir. Onlar hakimiyyət kürsüsünü əldən vermək istəmirlər.  

Vəhdət konfransı həqiqi İslamı dünyaya çatdırırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tehranın 32-ci İslami Vəhdət Konfransında iştirak edən Fələstinin Livandakı "Darul-Fətva"sının baş katibi Şeyx Məhəmməd Səlim Biyadi İQNA ilə müsahibəsində dedi: İslam ümmətinin şiə və sünni məzhəblərindən olan alimlərinin bu vəhdət konfransında iştirak etməsi, beynəlxalq qardaşlığı və həmkarlığı dünya miqyasında sərgiləməsi kifayət edir ki, dünya İslamın həqiqi siması ilə tanış olsun və bilsin ki, həqiqi İslam budur, xarici ölkələrinin peyk tv kanallarının göstərdiyi deyil!

İQNA ilə müsahibəsində "Qüds, vahid ümmətin vəhdət mehvəri" şüarı ilə keçirilən 32-ci İslami Vəhdət Konfransı barədə danışan Şeyx Məhəmməd Səlim Biyadi "nə üçün müsəlmanlar arasında din və dil müştərəkliyi olduğu halda bu cür konfranslar müsəlmanların vəhdəti ilə nəticlənmir" sualının cavabında dedi: Əvvəlcə qeyd edim ki, dünya səviyyəsində keçirilən konfransların bəyaniyyə və tövsiyə formasında əməl mərhələsinə keçirmək asan iş deyil. Bunun əməli şəkildə icra edilməsi üçün bütün müsəlman dövlətlərinin kamil şəkildə həmkarlığı və dəstəyi lazımdır. Dövlətlər və müxtəlif beynəlxalq cəmiyyətlər bu məsələdə önə düşməlidirlər.

O vurğuladı: Əlbəttə İran kimi İslami ölkələrdə vəhdət konfranslarında verilən bəyaniyyələrə əməl etmək rahatdır. Amma "laik" (sekular) sistemlə idarə olunan dövlətlərdə bu bəyanillərin icra edilməsi çox çətindir. Buna görə də biz bu cür dövlətlərdə vəhdət proqramlarının müxtəlif təşkilatlar tərəfindən icra edilməsi üçün çalışırıq.   

Fələstinin Livandakı "Darul-Fətva"sının baş katibi Şeyx Məhəmməd Səlim Biyadi müsəlmanların arasındakı bəzi ixtilaflara işarə edərək dedi: Bu ixtilaflar səbəb olub ki, bir zamanlar dünyaya hakimiyyət edən müsəlmanlar bu gün imperialist qüvvələrin oyununa gələrək İslam dünyasının geri qalmasına səbəb olublar. Bundan da əlavə imperialist qüvvələr müsəlmanlar arasında radikal və terrorçu qüvvələr yaradaraq müsəlmanları İslam adına qətliam edirlər. Həm müsəlmanlar qətliam edilir və həm də İslamın adı ləkələnir.

O əlavə etdi: İslam konfrnasının keçirilməsi müsəlmanları oyadır və imperializmin hiyləsini boşa çıxardır. Amma müsəlman ölkələrinin bəzi məşhur simaları və siyasət adamları müsəlmanların arasında vəhdət yaratmaq üçün çalışmırlar. Bunun da səbəbi onların şəxsi mənfəətləridir. Onlar hakimiyyət kürsüsünü əldən vermək istəmirlər.  

http://iqna.ir/fa/news/3766915

captcha