IQNA

İranın "İslami Vəhdət" konfransı ABŞ-ın məğlubiyyətidir

10:47 - November 18, 2018
Xəbər sayı: 3484193
Ayətullah Möhsin Əraki həftənin Şənbə günü, 17 Noyabr 2018-ci il, Həzrət Peyğəmbərin (s) mübarək mövludu münasibəti ilə keçiriləcək 32-ci "İslami Vəhdət" konfransı barədə mətbuata açıqlama verib.

İranın İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslami Məzhəblərin Yaxınlşaması Dünya Birliyinin baş katibi Ayətullah Möhsin Əraki dünən, həftənin Şənbə günü, 17 Noyabr 2018-ci il, Həzrət Peyğəmbərin (s) mübarək mövludu münasibəti ilə keçiriləcək 32-ci "İslami Vəhdət" konfransı barədə mətbuata açıqlama verib.

İslami Məzhəblərin Yaxınlşaması Dünya Birliyinin baş katibi Ayətullah Möhsin Əraki Tehranın Şəhidlər Muzeyinin toplantı zalında keçirilən mətbuat konfransında dedi: Bu il ki, İslami Vəhdət konfransı ABŞ-ın İran İslam Respublikasını və müqavimət cəbhəsini regionda və dünyada münzəvi etmək planının uğursuzluğu deməkdir.

O əlavə etdi: Keçən on illiklərdə imperialistlər İslami cəmiyyətlərin daxilində fitnə salaraq məzhəbçilik odunu qızışdıraraq müsəlmanlar arasında qanlı çəkişmələr yaratdılar. Bu müharibə alovu Fələstin, Əfqanıstan, Pakistan, İraq, Suriya və Livanı bürüdü. Onlar hətta daha uzaqlara əl ataraq İndoneziyada da daxili, milli və məzhəbi qarşıdurmaq yaratdılar.

Ayətullah Əraki vurğuladı: Allahın köməyi ilə İslam dünyasının vəhdətçi cərəyanlarının səyləri öz barını verməkdə və düşmənin hiylə və fitnələri vəhdətçi müqavimət cəbhəsinin və hərəm müdafiəçilərinin fədakar mübarizələri sayəsində uğursuzluğa və məğlubiyyətə uğramaqdadır.  

İslami Məzhəblərin Yaxınlşaması Dünya Birliyinin baş katibi Ayətullah Möhsin Əraki bu ilki vəhdət konfransını yeni bir səhifədə, vəhdətçi müqavimət cəbhəsinin qəti qələbəsi astanasında keçirəcəyik. Bu qələbəni vəhədt konfransında bayram elan edəcəyik.

Əraki vurğuladı: Əgər ABŞ, sionist rejimi və Səudiyyə Ərəbistanı əlbir olub bütün güclərini İran İslam Respublikasının və müqavimət cəbhəsinin qarşısında 50 ölkənin həmkarlığı ilə koalisiya yaratmaq istəyirsə, vəhdətçi müqavimət cəbhəsinin səyləri nəticəsində 32-ci İslami Vəhdət konfransında 100-dən çox ölkədən 350-dən çox nümayəndə və xarici şəxsiyyət iştirak edəcəkdir.

Vəhdət həftəsi çərçivəsində keçiriləcək 32-ci "İslami Vəhdət" konfransının təffərrüatı barədə jurnalistlərin suallarını cavablandıran İslami Məzhəblərin Yaxınlşaması Dünya Birliyinin baş katibi Ayətullah Möhsin Əraki dedi: Konfransın açılış mərasimi İran İslam Respublikası prezidentinin çıxışı ilə başlayacaq. Fələstin müqavimət lideri İsmayıl Həniyyənin də bu konfransda iştirakı gözlənilir. Cənab Həniyyə konfransa gəlmək barədə öz razılığını elan edib, amma inanmırıq ki, Misr dövləti onun Qəzzadan Misrə və oradan da İrana gəlməsinə icazə versin. Əgər belə bir problem yaranarsa, o, videokonfrans vasitəsi ilə çıxış edəcəkdir.

Əraki əlavə etdi: Konfransda dünyanın müxtəlif nüfuzlu şəxsiyyətləri, İslami ölkələrin prezident və baş nazirləri, alim və mütəfəkkiləri iştirak edəcəklər. Əlbəttə biz BƏƏ və Ərəbistanın da tanınmış siyasi və ictimai xadimlərinə dəvətnamə göndərmişik, amma bu iki dövlətin onlara İrana səfər etmək üçün icazə verəcəklərinə inanmırıq.  

İslami Məzhəblərin Yaxınlşaması Dünya Birliyinin baş katibi dedi: Bu il də hər il olduğu kimi 600 nəfər dəvətnamə yazmışıq. Hər il konfransa 200 nəfər qatılırdısa, bu il bu ədəd 350 nəfər olub. Bu da müsəlmanları parçalamaq istəyən düşmənin səylərinin əks nəticə verdiyini göstərir.

Qeyd edək ki, Həzrət Məhəmməd peyğəmbərin (s) mübarək mövludu münasibəti ilə hər il keçirilən İslami Vəhdət konfrnasının 32-ci toplantısı Noyabr ayının 24-dən 26-dək dünyanın 100 ölkəsindən olan 350 xarici qonağın və həmin qədər də daxili qonaqların iştirakı ilə Tehranda keçiriləcək. Konfrans yerli vaxtla səhər saat 9:00-da başlayacaqdır. Qonaqlar konfrans çərçivəsində İmam Xomeyninin (r.ə) məzarını ziyarət edəcək və Ali Dini Lider Həzrət İmam Xamenei ilə görüşəcəklər.                

http://iqna.ir/fa/news/3764586

 

 

captcha