IQNA

İstambulda "islamofobiya" seminarı keçirilir

8:11 - October 16, 2018
Xəbər sayı: 3484068
İƏT (İslami Əməkdaşlıq Təşkilatı) Türkiyənin İstambul şəhərində və Türkiyə dövlətinin iştirakı ilə beynəlxalq "islamofobiya" seminarı keçirəcəkdir.

İstambulda İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İƏT (İslami Əməkdaşlıq Təşkilatı) Türkiyənin İstambul şəhərində və Türkiyə dövlətinin iştirakı ilə beynəlxalq "islamofobiya" seminarı keçirəcəkdir.

"İslam Raşa" xəbər agentliyi İƏT-in (İslami Əməkdaşlıq Təşkilatı) "islamofobiya" mövzusunda sayca 5-ci olan bu beynəlxalq seminarının Oktyabr ayının 17 və 18-də (cari həftənin 3-cü və 4-cü günləri) keçiriləcəyini xəbər verib.

Seminarda İƏT-in (İslami Əməkdaşlıq Təşkilatı) nəzdində fəaliyyət göstərən Müstəqil İnsan Hüquqları Komissiyası və Türkiyənin Ədliyyə Nazirliyi də iştirak edəcəklər.

"İslamofobiya, insan hüquqlarının pozulması və yeni irqçilik fenomeni" və həmçinin "İslamofobiyanın mənşəyi və səbəbləri" mövzuları bu seminarda müzakirə ediləcəkdir.   

http://iqna.ir/fa/news/3756168

captcha