IQNA

Yeni Zelandiyalı nazir "heç nə" üstə istefa verdi

12:52 - August 25, 2018
Xəbər sayı: 3483728
Yeni Zelandiyanın rabitə və informatika naziri işə götürəcəyi adam ilə keçirdiyi bir işgüzar görüşü barədə məlumat verməkdən imtina etdiyi üçün istefa verib.

Yeni Zelandiyalı nazir İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yeni Zelandiyanın rabitə və informatika naziri işə götürəcəyi adam ilə keçirdiyi bir işgüzar görüşü barədə məlumat verməkdən imtina etdiyi üçün istefa verib.

Karen Keller (Yeni Zelandiyanın Rabitə və İnformasiya Naziri) cari ilin Fevral ayında öz iş ofisində baş informasiya mütəxəssisi vəzifəsinə təyin etmək üçün nəzərdə tutduğu adamlardan biri ilə görüşüb, amma bu görüşü ziyarətçilər dəftərində qeyd etməyib. Həmçinin parlament nümayəndələrinin də bu görüş barədə məktubunun cavabına açıqlama verməkdən imtina edib.

Məsələdə ictimailəşdikdən və tənqid dalğası çoxaldıqdan sonra isə Karen Keller (Yeni Zelandiyanın Rabitə və İnformasiya Naziri) tutduğu vəzifədən istefa verib və baş nazir də onun istefasını qəbul edib.

Karen Keller istefanaməsində dövlət və millətdən üzr istəyib və onların gözləntilərini doğrultmadığı üçün mütəəssif olduğunu bildirib.

Qeyd edək ki, Yeni Zelandiyada açıq dövlət sistemi hakimiyyət edir. Bu sistemə görə, dövlətin hər bir addımı şəffaf olmalı və bütün vətəndaşlar dövlətin addımlarını sənədlər əsasında izləyə bilmək hüququna malikdirlər.

http://iqna.ir/fa/news/3740964       

     

 

Teqlər: iqna ، baş nazir ، yeni zelandiya ، istefa
captcha