IQNA

İraqın qərbində İŞİD-in partlayış qurğuları məhv edildi

6:51 - August 20, 2018
Xəbər sayı: 3483698
Əməliyyat zamanı İŞİD ünsürləri tərəfindən müxtəlif yerlərdə terror törətmək üçün hazırlanmış 45 partlayıcı qurğu da kəşf edilərək zərərsizləşdirilmişdir.

İraqın qərbində İŞİD-in partlayış qurğuları məhv edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın təhlükəsizlik qüvvələri İŞİD ünsürlərinin qalıqlarını təmizləmə əməliyyatında bu terrorist qruplaşmanın iki üzvünü ələ keçiriblər.

Əməliyyat zamanı İŞİD ünsürləri tərəfindən müxtəlif yerlərdə terror törətmək üçün hazırlanmış 45 partlayıcı qurğu da kəşf edilərək zərərsizləşdirilmişdir.

Bu barədə İraqın müdafiə nazirliyinin rəsmi "facebook" səhifəsi dünən, həftənin bazar günü, 19 Avqust 2018-ci il, məlumat yayıb.  

Qeyd edək ki, İraqın baş naziri Heydər əl-İbadi keçən ilin payızında bu ölkənin İŞİD ünsürlərindən tamamilə təmizləndiyi barədə məlumat vermişdi.  

http://iqna.ir/fa/news/3739908

Teqlər: iqna ، İŞİd ، İraq ، terror
captcha