IQNA

250 yaşlı insan Pəştu dilinə tərcümə edildi

11:06 - August 19, 2018
Xəbər sayı: 3483691
Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin çıxışlarından hazırlnamış "250 yaşlı insan" kitabı Əfqanıstanın paytaxtı Kabil şəhərində Pəştu dilinə tərcümə, çap və nəşr edilib.

250 yaşlı insan Pəştu dilinə tərcümə edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünya müsəlmanlarının dahi rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin çıxışlarından hazırlnamış "250 yaşlı insan" kitabı Əfqanıstanın paytaxtı Kabil şəhərində Pəştu dilinə tərcümə, çap və nəşr edilib.

İran İslam Respublikasının İslami əlaqələr və mədəniyyət təşkilatının informasiya portalının bu barədə verdiyi məlumata görə, "250 yaşlı insan" kitabı İİR-nın Əfqanıstandakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü və  bu idarənin Kabildəki fəal iranlı təşkilatlarla əməkdaşlıq istiqamətində tərcümə olunub və 1000 tirajla çap edilib.

Bu dəyərli əsər İslam Peyğəmbəri (s) və Əhli-Beyt (ə) imamlarının həyatı, siyasi mübarizələri və müxtəlif dövrlərdəki yaşam tərzlərindən bəsh edir.

Qeyd edək ki, "250 yaşlı insan" kitabı bundan öncə Ərəb, İngilis, Fransız, Husa və Azəri dillərinə tərcümə edilmişdir.

Kitabın Azərbaycan dilində nüsxəsini əldə etmək üçün aşağıdakı köməkçi linklərə müraciət edə bilərsiniz:

Maide.az saytının kitabxanası

Dinikitabxana.com saytının kitabxanası

Ghbook.ir (Qaimiyyə) saytının kitabxanası

Nur-az.com saytının kitabxanası

http://iqna.ir/fa/news/3739598  

Teqlər: iqna ، xamenei ، 250 yaşlı insan
captcha