İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyi elan edib ki, bu ilin Həcc mərasimi başlanan gündən indiyədək hacıların hansısa yolxucu xəstliyə tutulması barədə heç bir məlumat daxil olmayıb.
Bu barədə Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyi öz rəsmi Twitter səhifəsində yazıb: "Allah evinin ziyarətçilərinin halı yaxşıdır. İndiyədək hacıların vəba kimi yolxucu xəstəliklərə tutulması barədə məlumat almamışıq və bu barədə tam arxayınıq".
Həmçinin Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyinin sözçüsü elan edib ki, bütün hacıların fiziki durumu sağlamdır və hamısı Məkkə şəhərinə çatıblar.