IQNA

Krım hava limanında namazxana açıldı

9:17 - April 20, 2018
Xəbər sayı: 3483052
Rusiya federasiyasında muxtar cümhuriyyət olan Krım yarımadasının müftisi Simferopol şəhər hava limanında tam təchizhatlı namazxananın açıldığı barədə xəbər verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya federasiyasında muxtar cümhuriyyət olan Krım yarımadasının müftisi Simferopol şəhər hava limanında tam təchizhatlı namazxananın açıldığı barədə xəbər verib.

"İslamazeri" saytının bu barədə verdiyi məlumata əsasən son günlərdə Krım yarımadasının müftisi Simferopol şəhər hava limanında müsəlmanlar üçün təsis edilmiş namazxanada səccadə, təsbih və Quran da vardır.

Krımın müftisi Raima Qafarov bu namazxanın açılması barədə deyib: Bundan sonra bu hava limanında qonaq olan müsəlmanlar öz ibadi əməllərini çox rahat şəkildə və heç bir çətinlik çəkmədən yerinə yetirə biləcəklər.

Raima Qafarov əlavə edib ki, bu hava limanında müsəlmanların ibadət otağının kənarında məsihilər üçün də xüsusi ibadət ocağı vardır. Və hava limanında müxtəlif dinlərin ardıcılları üçün ibadət şəraiti yaradılması sevindirici haldır.    

http://iqna.ir/fa/news/3707066  

Teqlər: iqna ، rusiya ، krım ، hava limanı ، namazxana
captcha