IQNA

Türkiyədə Peyğəmbərlər muzeyi açılacaq

9:04 - April 20, 2018
Xəbər sayı: 3483051
Türkiyədə İlahi peyğəmbərlərin Quran rəvayəti əsasında həyatlarını əks etdirən "peyğəmbərlər muzeyi" açılacaq.

Türkiyədə Peyğəmbərlər muzeyi açılacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, çox yaxın zamanlarda Türkiyədə İlahi peyğəmbərlərin Quran rəvayəti əsasında həyatlarını əks etdirən "peyğəmbərlər muzeyi" açılacaq.

Bu muzeydə İlahi peyğəmbərlərə aid tarixi ekspanantlar və onların həyatlarını şərh edən əsərlər müasir texnologiyadan istifadə edilərək sərgilənəcək.

Şanlıurfanın şəhər meri Nihad Çiftçi bu barədə çıxışında bildirib ki, Türkiyənin Şanlıurfa şəhərində açılacaq bu muzeyin təsis edilməsinin əsas hədəfi insanları İlahi peyğəmbərlərin həyat tərzi ilə tanış etməkdir. Çünki peyğəmbərlərin həyatı insanların hidayət çırağıdır.

Bu barədə verilən məlumatlara görə, peyğəmbərlər muzeyinin memarlığı ulduz və aypara formasında olacaqdır. Muzeyin ulduz hissəsində idari otaqlar, namazxana, kitabxana və ticarət mərkəzi yer almışdır. Amma aypara hissəsində isə tarixi əsərlərin sərgi salonu və peyğəmbərlərin Quran əsasında həyat tərzlərini əks etdirən əsərlər vardır.   

http://iqna.ir/fa/news/3707032

captcha