IQNA

14 ölkənin əlyazma Quran nüsxələri

7:06 - April 19, 2018
Xəbər sayı: 3483048
Mehdipur İsmayilinin təlif və araşdırmaları əsasında yazılmış "Quran qiraəti və təcvid barədə ən mühüm əlyazma nüsxələr" kitabı 2017-ci ildə Tehranda çap və nəşr edilmişdir.

14 ölkənin əlyazma Quran nüsxələriİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mehdipur İsmayilinin təlif və araşdırmaları əsasında yazılmış "Quran qiraəti və təcvid barədə ən mühüm əlyazma nüsxələr" kitabı 2017-ci ildə Tehranda çap və nəşr edilmişdir.

İran İslam Respublikasının Kitab Araşdırmaları Mərkəzinin informasiya şöbəsinin bu barədə verdiyi xəbərə görə, Tehranın "Mənşure Səmir" nəşriyyatı tərəfindən çap və nəşr edilmiş bu kitab 702 səhifədir.

Bu kitabda İran İslam Respublikasında və eləcədə dünyanın digər 13 ölkəsinin, o cümlədən Pakistan, Tacikistan, Türkmənistan, Gürcüstan, Türkiyə, İraq, Suriya, Yəmən, Misr, İrlandiya, İngitlərə, Almaniya və Amerika kitabxanalarında mövcud olan Qurani-Kərimin qiraət və təcvidi barədə yazılmış əlyazma nüsxələrin barəsində geniş məlumat verilmişdir.

Bu kitab sözügedən mövzu barədə tam kamil kitab olmasa da, indiyədək Qurani-Kərimin qiraət və təcvidi barədə əlyazma nüsxələrə siyahıya almaq üçün yazılmış kitabların ən kamili və ən yaxşısıdır.

Qeyd edək ki, İran İslam Respublikasının "Kitab Evi İnstitutunun nəzdində fəaliyyət göstərən Kitab Araşdırmaları Mərkəzi dünyada kitabtanıma mövzusunda ən zəngin məlumata sahib və ixtisaslaşdırılmış mərkəzdir. Bu mərkəzdə 10 mindən çox kitab, jurnal, müdafiə işləri və tarixi sənədlər dəqiq kodlar, say nömrəsi və kateqoriyalar əsasında siyahıya alınmışdır.

http://iqna.ir/fa/news/3706782

دست‌نویس‌های قرآنی 14 کشور در کتاب محقق ایرانی

captcha