IQNA

"İslamofobiya: fürsətlər və problemlər" mövzusunda dəyirmi masa

23:32 - April 17, 2018
Xəbər sayı: 3483043
İngiltərənin Valsal şəhərində "İslamofobiya: fürsətlər və problemlər" mövzusunda dəyirmi masa keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin bazar günü, Aprel ayının 22-də, İngiltərənin Valsal şəhərində "İslamofobiya: fürsətlər və problemlər" mövzusunda dəyirmi masa keçiriləcək.

Bu dəyirmi masanın əsas natiqləri Britaniyalı siyasətçi və bu ölkənin "mühafizəkarlar partiyası"nın üzvü Baruns Səidə Varisi və Prof. Fransis Deyvisdir.

Çıxışların sonunda dəyirmi masa ətrafında İslamofobiya mövzusunda sual və cavab iclası keçiriləcək.

Mütəxəssislərin iştirakı ilə keçiriləcək bu dəyirmi masada islamofobiyanın mahiyyəti və bu fenomen ilə mübarizə yollarından söhbət açılacaqdır.

İngiltərənin 2016-cı ildə Avropa birliyindən çıxması barədə sorğu keçirildiyi vaxtdan islamofobiya zəminində baş verən cinayətlərin sayı artıb. İslamofobiyanın İngiltərədə və Avropada artması siyasətçilərin nigarançılıqlarını çoxaltmışdır.   

http://iqna.ir/fa/news/3705793

Teqlər: iqna ، avropa ، ingiltərə ، islamofobiya
captcha