IQNA

Nyu-Yorkda nəfis Quran nüsxələrinin hərracı

16:50 - April 17, 2018
Xəbər sayı: 3483041
Amerikanın Nyu-York şəhərində Satibiz hərrac bazarında İslami incəsənətə aid 200 qədim və nadir əsər və həmçinin Qurani-Kərim nəfis və nadir əlyazma nüsxələri hərraca çıxarılacaqdır.

Nyu-Yorkda nəfis Quran nüsxələrinin hərracıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin Cümə günü, 20 Aprel 2018-ci il, Amerikanın Nyu-York şəhərində Satibiz hərrac bazarında İslami incəsənətə aid 200 qədim və nadir əsər və həmçinin Qurani-Kərim nəfis və nadir əlyazma nüsxələri hərraca çıxarılacaqdır.

Bu Qurani-Kərim nüsxələri arasında Mərkəzi Asiya və İrana aid olan əlyazma nüsxələr, o cümlədən Kufi xətti ilə yazılmış bir vəqər nadir Quran nüsxəsi də vardır ki, 12-ci əsrdə (altıncı hicri-qəməri əsri) kitab edilmişdir və hazırda qiyməti 313 min dollardır.

Bundan əlavə hərraca çıxarılan əşyalar arasında qızılsuyuna çəkilmiş yəşmdən olan (elmi adı "jasper"olan qiymətli daş) rəhl (üzərinə Quran qoymaq üçün haça şəkilli oturacaq) və Əli ibn Məhəmməd əl-Məktəbin xəttatlıq və kitabət etdiyi bir cüz Quran nüsxəsi ki, 1375-ci ildə Misrdə İbrahim əl-Əmidi tərəfindən "təhzib" edilmişdir (qızıl suyu ilə bəzədilmişdir).

Hərracda müxtəlif şəxslərin kolleksiyalarının nadir əşyaları, o cümlədən Tetmurilər dövrünə aid qədim və nəfis saxsı qablar, Türkiyə saxası kuzələri, teymurilər (14 və 15-ci əsr) dövrünə aid sınıq kaşilər (1973-cü ildə Fransada bir evdən tapılıb), teymurilər dövrünə aid mehrab nümunəsi (114 min dollara satılır), üzərinə rəsm işlənmiş kasa (Misr və Suriya məmlükləri dövrünə aiddir, 14-cü əsrdə düzəldilib və 85.500 dollar qiymətidir), Osmanlı dövrünə aid əşya və əsərlər, tibb, astronomiya və riyaziyyat elmlərində qədim əlyazma nüsxələr də vardır.

Qeyd edək ki, bu hərrac cari həftənin Cümə günü, 20 Aprel 2018-ci il, Orta Şərq və Şərqşünaslıq həftəsini günü keçiriləcəkdir.   

http://iqna.ir/fa/news/3706079

حراج نسخه‌هایی نفیس از کتابت قرآن در نیویورک

حراج نسخه‌هایی نفیس از کتابت قرآن در نیویورک 

حراج نسخه‌هایی نفیس از کتابت قرآن در نیویورک

captcha