İQNA-nın (Beynəxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanın Hərat əyalətində "Xurşid" (Günəş) televiziyasının və Əfqanıstan Juranlistləri Milli Birliyinin dəftərxanasına naməlum şəxslər tərəfindən terror hücumu edilib və ofisdən bir sıra təchizat və vəsait oğurlanıb.
Əfqanıstanın Hərat əyalətinin "Müxabirat" şosesində yerləşən bu dəftərxanalardan notbuk, təhlükəsizlik kameraları, videokameralar və sair əşyalar yoxa çıxıb.
Təəccüblüsü isə budur ki, ofislərdə daha qiymətli digər əşyalar olduğu halda bu əşyalara əl dəyəməyib və təkcə jurnalistikaya aid olan təchizat oğurlanıb. Bu isə göstərir ki, hədəf oğurluq olmayıb və ola bilsin təhlükəsizlik əleyhinə başlanan hansısa əməliyyata hazırlıqdır.
Buna görə də Əfqanıstan jurnalistlər mərkəzi bu məsələ barədə ciddi araşdırmalar aparılmasını istəyiblər.