IQNA

Belçikada qadınlar üçün ümumi nəqliyyat vasitəsi

7:40 - April 14, 2018
Xəbər sayı: 3483024
Belçikanın "əl-İslam" partiyasının vitse- prezidenti bu partiyanın üzvləri tərəfindən dövlətə xanımlara məxsus ümumi nəqliyyat vasitələri ayrılmasının təklif edildiyini xəbər verib.

Belçikada qadınlar üçün ümumi nəqliyyat vasitəsiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Belçikanın "əl-İslam" partiyasının vitse- prezidenti bu partiyanın üzvləri tərəfindən dövlətə xanımlara məxsus ümumi nəqliyyat vasitələri ayrılmasının təklif edildiyini xəbər verib.

Belçikanın "əl-İslam" partiyası öz rəsmi informasiya portalında bəyanat yayaraq dövlətə təklif edib ki, təkcə qadınları daşıyacaq və xanımlara məxsus ümumi nəqliyyat vasitəsi ayrılsın.

"əl-İslam" partiyasının vitse- prezidenti Təlaq Müqri deyib ki, bu təklif tam məntiqi bir təklifdir və bu barədə heç bir mübahisəyə ehtiyac yoxdur. Çünki qadınların bir çoxu ümumi nəqliyyat vasitələrində təhqir, söyüş, əziyyət, dini və milli zəmində irqçilik hücumları və sair hüquqlarının pozulmasına məruz qalırlar. Buna görə də qadınlar onlara məxsus ümumi nəqliyyat vasitələrindən istifadə etməyi tərcih edəcəklər.

Təlal Müqri əlavə edib: Biz ədalət, bərabərlik və insanların hüquqlarının bərpasının dalıncayıq. Və bu işdə bizim istinadımız İslam dinin təlimləridir. Buna görə də biz bütün vətəndaşların hüquqlarını qorunmasının tərəfdarıyıq.

Belçikanın "əl-İslam" partiyası 2012-ci ildə yaradılıb. Və yerli seçkilərdə iştirak etmək istəyir. Bu partiya ölkənin restoranlarında hala yeməklərin verilməsi, İslami bayramların keçirilməsi və orta məktəblərdə dini geyimdən istifadənin icazəli olması kimi layihələrin həyata keçirilməsi üçün çalışır.

http://iqna.ir/fa/news/3705429  

captcha