IQNA

Yəhudilər Nablosda məscidi yandırdılar

7:19 - April 14, 2018
Xəbər sayı: 3483023
Qəsəbə sakinləri yəhudilər Fələstinin Nablos şəhərinin cənubunda yerləşən Əqrəba qəsəbəsinin "Şeyx Səadət Əbu Şahir məscidi"ni yandırdılar.

Yəhudilər Nablosda məscidi yandırdılarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, qəsəbə sakinləri yəhudilər Fələstinin Nablos şəhərinin cənubunda yerləşən Əqrəba qəsəbəsinin "Şeyx Səadət Əbu Şahir məscidi"ni yandırdılar.

Fələstinin qərb sahillərində sionist yəhudilərin qondarma dövləti İsrailin qəsəbəsalma cinayət işinin araşdırılması məsulu Qəssan Dəqləs bu barədə xəbər verərək dedi: Dünən, həftənin Cümə günü, 14 Aprel 2018-ci il, yeni tikilmiş qəsəbədə yaşayan sionist yəhudilər məscidin divarlarına irqçi şüarlar yazmış və sonra məscidin girişinə alışqan materiallar tökərək məscidi yandırıblar.

Bununla əlaqədar olaraq Şeyx Yusif Üdis (Fələstinin dini işlər və vəqflər naziri) bəyanat verib, yəhudilər bu əməlini məhkum edib. O vurğulayıb: İslami müqəddəslərin, məscidlərin və həmçinin məsihi və xristianların müqəddəslərinə qarşı törədilən bu cür terrorizm cinayətləri İsrailin Fələstin xalqına qarşı təşkilatlandırılmış siyasətidir.

O əlavə edib: İsrail bu cür addımlarla ilə regionu dini müharibə səmtinə sürükləyir. Mən bu radikal addımları atanlara deyirəm ki, bu uşaq oyunlarını kənara qoysunlar və qorxaqcasına əməllərindən əl çəksinlər.

Fələstinin dini işlər və vəqflər naziri beynəlxalq cəmiyyətlərdən istəyib ki, Fələstinin İslam Mərkəzlərini və Məsihi ibadət ocaqlarını yəhudilərin cinayətləri qarşısında dəstəkləsinlər.   

http://iqna.ir/fa/news/3705383

captcha