IQNA

“Qadının Qurandakı təsviri” Almaniyalı İslamşünasın baxışında

23:26 - February 18, 2018
Xəbər sayı: 3482801
“İslamşünaslığa giriş” adlı kitab Almaniyalı İslamşünas alim “Peter Heine”nin əsəridir. Bu kitabın İslami mövzulardakı müxtəlif bölmələrindən biri də “Quranın qadın barəsində təsviri” fəslidir.

“Qadının Qurandakı təsviri” Almaniyalı İslamşünasın baxışındaİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, “İslamşünaslığa giriş” (Einführung in die  Islammwissenschaft) adlı kitab Almaniyalı İslamşünas alim Prof. Dr. “Peter Heine”nin əsəridir.

Bu kitabın İslami mövzulardakı müxtəlif bölmələrindən biri də “Quranın qadın barəsində təsviri” fəslidir. Müəllif bu fəsildə İslam dinində və Qurani- Kərimdə qadına verilən dəyərdən danışır ki, aşağıda bu fəsildən xülasə edərək bəzi məqamları diqqətinizə çatdırırıq. Əlbəttə bu mətləblər onun fikridir və bunları burada nəql etməyimiz onun fiklərinin təsdiqi və ya inkarı mənasına deyildir.

Qadının Qurani- Kərimdə təsviri

Qadının ictimami mövqeyindən söz düşərkən çox vaxt müsəlman kişilər İslamdan öncəki zamana işarə edirlər. Hansı ki, həmin zamanda qadının heç bir hüququ yox idi. Əlbəttə bu məsələnin tarixi faktlarla nə qədər uyğunluğunun dəqiq araşdırmalara ehtiyacı vardır. Amma İslamdan öncəki zaman barədə iddia edilən bu məsələ ən azı İslam Peyğəmbərinin (s) birinci xanımı Həzrət Xədicənin (s) ictimai mövqeyi ilə tam ziddiyyətlidir. Çünki o müvvəffəq və aktiv bir qadın idi. Böyük ticarəti var idi.

Qurani- Kərimdə bəzi məsələlər var ki, bu günə dəqər qadınların həyatında təsirlidir. Baxmayaraq ki, əvvəlcə İslamın mesajı bütün kişi və qadınlara eyni səviyyədə çatdırılıb. Məsələn Əhzab surəsinin 35-ci ayəsində buyurur:  

  إِنَّ الْمُسْلِمِينَ وَالْمُسْلِمَاتِ وَالْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَالْقَانِتِينَ وَالْقَانِتَاتِ وَالصَّادِقِينَ وَالصَّادِقَاتِ وَالصَّابِرِينَ وَالصَّابِرَاتِ وَالْخَاشِعِينَ وَالْخَاشِعَاتِ وَالْمُتَصَدِّقِينَ وَالْمُتَصَدِّقَاتِ وَالصَّائِمِينَ وَالصَّائِمَاتِ وَالْحَافِظِينَ فُرُوجَهُمْ وَالْحَافِظَاتِ وَالذَّاكِرِينَ اللَّهَ كَثِيرًا وَالذَّاكِرَاتِ أَعَدَّ اللَّهُ لَهُمْ مَغْفِرَةً وَأَجْرًا عَظِيمًا

“Şübhəsiz, Allah (kəlmeyi şəhadət deyərək əməldə dinə təslim olan) müsəlman kişilər və qadınlar, (İslamın üsuliddininə və füruiddininə qəlbən etiqad bəsləyən) mömin kişilər və qadınlar, itaətkar, müti kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar və səbirli, dözümlü kişilər və qadınlar, qəlbən təvazökar olan kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, şəhvətlərini qoruyan kişilər və qadınlar və Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!”

Qurani-Kərimdə yəhudilərin müqəddəs kitabı “əhdi-ətiq”in əskinə olaraq qadınlar Adəmi aldadıb cənnətdən qovulmağa bais şəxs kimi təqdim edilmir. Amma qadın və kişi arasında bir sıra fərqli rütbələr vardır. Bu barədə Qurani-Kərimin Nisa surəsinin 34-cü ayəsinə işarə etmək olar:  

 الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاءِ بِمَا فَضَّلَ اللَّهُ بَعْضَهُمْ عَلَى بَعْضٍ وَبِمَا أَنْفَقُوا مِنْ أَمْوَالِهِمْ فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِلْغَيْبِ بِمَا حَفِظَ اللَّهُ وَاللَّاتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَاهْجُرُوهُنَّ فِي الْمَضَاجِعِ وَاضْرِبُوهُنَّ فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُوا عَلَيْهِنَّ سَبِيلًا إِنَّ اللَّهَ كَانَ عَلِيًّا كَبِيرًا

“Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik və imamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir). Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər. Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar. (Müştərək həyatla bağlı məsələlərdə) itaətsizliklərindən qorxduğunuz qadınlara (əvvəlcə) nəsihət edin və (sonra) yataqda onlardan uzaqlaşın və (əgər yenə xeyri olmasa, şəriət qanunu çərçivəsində) onları vurun. Beləliklə əgər sizə itaət etsələr daha (bundan sonra) onlara (əziyyət etmək üçün) bir yol axtarmayın. Həqiqətən Allah məqamı uca və böyükdür.”

Bu ayələrə əsasən qadınlar bir sıra ictimai vəzifələri icra edə bilməzlər. Quranda işarə edilir ki, heç bir qadın müqəddəs kitabla insanların hidayəti üçün göndərilməyib. Bəzi hədislərdə də qadınlara bir sıra ictimai vəzifələrin tapşırılması barədə qadağalar vardır. Məsələn, qadın camaat namazında imam ola bilməz və buna təkcə bütün məmumların qadını olduğu halda icazə verilir.  

“Qadının Qurandakı təsviri” Almaniyalı İslamşünasın baxışında

İslamda boşanma (təlaq) hüququ

İslam dini qanunlarında boşanma hüquqları da vardır. Cütlər arasında evlilik və nikah hökmü onların problemləri həllolunmaz səviyyəyə çatdıqda pozula bilər. Səbəbsiz boşanma qadağandır. Çünki bu məsələ qadın və kişi üçün bir sıra problemlər doğura bilər.

Boşanma hökmü qadının pis təfrarı və ya pis şəxsiyyətinə görə verilə bilər. (Müəllif burada əhli-sünnə müftisi Yusif Qərzavinin fətvasına istinad edib). Amma təlaq və boşanma hökmü onda qüvvəyə minir ki, kişi boşanma qaydasını icra etsin və müəyyən edilən sözü (təlaq siğəsi) oxusun. Bundan sonra isə qadın öz mehriyyəsini (kəbin haqqını) tələb edib ala bilər. Qadın boşanmadan üç ay sonrayadək başqası ilə evlənə bilməz. Bu müddət ərzində onun hamilə olduğu ortaya çıxarsa, sabiq ərin vəzifəsidir ki, iki il müddətində boşadığı arvadın bütün xərclərini versin.

İslam dinində qadınlar da boşanmaq hüququ vardır. Amma bunun üçün onlar şəriət məhkəməsinə və qaziyə müraciət etməlidirlər. Qadın o zaman boşana bilər ki, kişinin öz ərlik vəzifəsinə əməl etmədiyini məhkəmədə sübut edə bilsin. Məsələn, qadın məhkəmədə sübut edə bilsə ki, əri dəlidir, uzun müddətlərlə onu atıb gedir, nəfəqsini vermir, uşaqların xərcliyini ödəmir və həmçinin evləndikləri zaman təyin edilmiş şərtlərə əməl etmir, ərindən boşanmaq haqqı vardır.

http://iqna.ir/fa/news/3692211

captcha