IQNA

İran İslam Respublikasının iştirakı ilə;

Qanada ilk beynəlxalq İslami bankçılıq toplantısı keçiriləcəkdir

8:56 - February 15, 2018
Xəbər sayı: 3482791
Cari ilin May ayında Qana respublikasının İslam universitetində ilk beynəlxalq İslami bankçılıq və maliyyə toplantısı keçiriləcəkdir.

Qanada ilk beynəlxalq İslami bankçılıq toplantısı keçiriləcəkdirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin (2018) May ayında Qana respublikasının İslam universitetində ilk beynəlxalq İslami bankçılıq və maliyyə toplantısı keçiriləcəkdir.

Qərbi Afrikada yerləşən Qana respublikasının İslam universiteti bu barədə ümümi çağırış edərək elan etdi: İlk beynəlxalq İslami bankçılıq və maliyyə konfransı 2018-ci ilin May ayının 15 və 16-da keçiriləcək və bu konfransda Malaziya, Sinqapur, Pakistan, Nigeriya və İrandan görkəməli ustadlar iştirak edəcəklər.

Qana respublikasının mərkəzi bankının sabiq rəisi bu toplantının elmi katibidir. Həmçinin toplantıda iştirak edəcək xarici qonaqların bilet xərcləri öz öhdələrinədir.  

Toplantıya dəvət edilən xüsusi qonaqlardan əlavə digər mütəfəkkir və alimlər də öz elmi məqalələrini Qana respublikasının İslam universitetin yaydığı elana uyğun olaraq toplantının keçirilmə komitəsinə göndərə bilərlər.

Toplantıya göndərilən məqalələrin ən yaxşıları Qana respublikasının İslam universitetinin elmi juranlında çap və nəşr ediləcəkdir.   

http://iqna.ir/fa/news/3691512  

نخستین همایش بین‌المللی بانکداری اسلامی در غنا

 

 

 

captcha