IQNA

Mərakeşdə görmə qüsuru olanlara smart Quranlar paylanıldı

6:59 - February 15, 2018
Xəbər sayı: 3482788
İlk dəfə olaraq Mərakeşdə Qurani- Kərimin “danışan qələm” texnologiyası ilə təchiz edilmiş smart nüsxələri görmə qüsuru olanlar arasında paylanıldı.

Mərakeşdə görmə qüsuru olanlara smart Quranlar paylanıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ilk dəfə olaraq Mərakeşdə Qurani- Kərimin “danışan qələm” texnologiyası ilə təchiz edilmiş smart nüsxələri görmə qüsuru olanlar arasında paylanıldı.

Bu smart Quran nüsxələri ki, “danışan qələm” texnologiyası ilə təchiz olunmuşdur, Malaziyanın “Təsnim müəssisəsi”, BƏƏ-nin “Məvəddət müəssisəsi”, Mərakeşin görmə qüsuru olanlara himayədarlıq edən “Üyun müəssisəsi”nin  həmkarlığı və Mərakeşin İslami Əlaqələr və Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal edilmişdir.

Smart Quran nüsxələrinin ayələri qiraət etmək üçün “danışan qələm”i vardır ki, onu ayələrin üzərində gəzdirərkən onları səsli şəkildə qiraət edir. Bu qələmləri Ribat şəhərinin milli kitabxanası Mərakeşin görmə qüsuru olanları arasında paylanılmışdır.

Bu Quran nüsxələrinin görmə qüsuru olanlara təqdim edilməsi mərasimində Mərakeşin parlament və vətəndaş cəmiyyəti arasında əlaqələr naziri və dövlətin sözçüsü, BƏƏ-nin “Məvəddət müəssisəsi”nin nümayəndəsi və digərləri iştirak ediblər.

Qeyd edək ki, “danışan qələm”lə təchiz edilmiş bu smart Quran nüsxələrinin istehsalı Mərakeşin beş min nəfər görmə qüsuru olanları üçün nəzərdə tutulmuşdur.  

http://iqna.ir/fa/news/3691260

ادیت شده؛ توزیع قرآن‌های هوشمند میان روشندلان مراکشی

ادیت شده؛ توزیع قرآن‌های هوشمند میان روشندلان مراکشی

captcha