İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ali Rəhbər Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei bu gün səhər “Fiqhin xaric dərsi” mühazirəsinin əvvəlində Əfqanıstanda baş verən son terror hadisələrində günahsız insanların qətliamına münasibət bildirib.
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ayətullah Üzma İmam Xamenei qeyd edib ki, ABŞ-ın İŞİD terrorçularını Əfqanıstana gətirməsinin səbəbi bölgədəki varlığını davam etdirməsinə don geyindirmək, eləcə də sionist İsrail rejimi üçün təhlükəsizliyi təmin etməkdir.
İŞİD-in son aylar ərzində minlərlə insanın həyatına son qoymuş Əfqanıstandakı terror hadisələri üzərində ABŞ-ın imzasının olduğunu bildirən Ali Rəhbər İŞİD-i Suriya və İraqda xalqa qarşı edilən cinayətlərdə alət kimi istifadə edən ölkələrin indi də Əfqanıstanda mövqe tutmasını vurğulayıb.
Ali Rəhbər vurğulayıb: “Şiə və sünni fərq etmədən bütün vətəndaşlar ABŞ-ın dəstəklədiyi terrorçuların hədəfindədir. Onların birinci dərəcəli siyasəti region xalqlarını özünə məşğul etməkdir. ABŞ regionun dirçəlməsini istəmir. Onlar istəyirlər ki, dövlətlər və millətlərin başları özlərinə qarışsın, sionizmlə mübarizə fikrinə düşməsinlər.”