IQNA

Samerra İmam Həsən Əskərinin (ə) zəvvarlarını qarşılamağa hazırdır

0:42 - November 25, 2017
Xəbər sayı: 3482426
Əhli-Beytdən (ə) olan 11-ci məsum rəhbər Həzrət İmam Həsən Əskərinin (ə) qarşıdan gələn şəhadət günü münasibəti ilə İraqın Samerra şəhərində zəvvarları qarşılamaq üçün hazırlıq işləri görülür.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, gələn həftənin birinci günü, 27 Noyabr 2017-ci il (8 Rəbiul-Əvvəl 1439 hq), Həzrət İmam Həsən Əskərinin (ə) şəhadəti günüdür.

Həzrət Məhəmməd (s) peyğəmbərin Əhli-Beytindən (ə) olan 11-ci məsum rəhbər Həzrət İmam Həsən Əskərinin (ə) qarşıdan gələn şəhadət günü münasibəti ilə İraqın Samerra şəhərində zəvvarları qarşılamaq üçün hazırlıq işləri görülür.

İraqın Dücəyl rayonunun "İmam Hüsyen (ə) zəvvarlarına xidmət heyətləri"nin məsulu Əli Heydəri bu barədə deyib: Bağdaddan Samerraya gedən yolda Həzrət İmam Həsən Əskərinin (ə) zəvvarlarına xidmət göstərmək üçün 200-dən çox mukəb (xidmət çadırı) qurulmuşdur.

Dücəyl rayonunun "İmam Hüsyen (ə) zəvvarlarına xidmət heyətləri"nin məsulu əlavə edib: İraq silahlı qoşunlarının əsgərləri, polis, Həzrət Abbas (ə) döyüş taboru və İraqın təhlükəsizlik xidməti qüvvələri əzadarlıq günlərində zəvvarların təhlükəsizliyini qoruyacaqlar. Və hazırda da təhlükəsizlik tədbirlərini gücləndirmək üçün Bağdad- Samerra yolunda reydlər keçirilir.

Dücəyl rayonunun icra hakimi Adil Dücəyli elan edib: Həzrət İmam Həsən Əskərinin (ə) qarşıdan gələn şəhadət günü münasibəti ilə zəvvarları qarşılamaq üçün bütün imkanlar yaradılıb və xidmət servisləri tam hazırdır. Həmçinin təhlükəsizlik qüvvələri ehtimal olunan zərərlərin qarşısını almaq üçün önləyici əməliyyatlar həyata keçiriblər.

http://iqna.ir/fa/news/3666421


captcha