IQNA

Misirdə məscidə terror hücumu oldu, yüzləlrə insan öldü + Foto

22:18 - November 24, 2017
Xəbər sayı: 3482425
Bu gün, 24 Noyabr 2017-ci il, Misirin şimali Sina əyalətinin Ürəyş şəhərinin ər-Rövzə məscidinə edilən intiharçı terror hücumunda 235 nəfər öldü və 100-dən çox insan yaralandı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin Cümə günü, 24 Noyabr 2017-ci il, Misirin şimali Sina əyalətinin Ürəyş şəhərinin ər-Rövzə məscidində Cümə namazı qılanlara qarşı həyata keçirilən silahlı basqın və intiharçı terror hücumunda 235 nəfər öldü və 100-dən çox insan yaralandı.

Bu barədə əldə olunan xəbərlərə görə, terror hadisəsi zamanı ölənlərin çoxu sivil və mülkü vətəndaşlar olub. Terror zamanı Misir silahlı qoşunlarının əsgərlərindən də ölüb. Terro əvvəlcə bomba partlaması və daha sonra avtomatlardan güllə açılaraq başlayıb.

Misir prezidenti bu hadisəsnin ardınca ölkədə üç gün ümumi əzadarlıq elan edib.

Misirin Əl-Əzhər İslam Mərkəzi bu terror hadisəsini məhkum edib. Əhməd Təyyib bəyaniyyəsində vurğulayıb ki, bu cür terrorçu qrupların maddi mənbələri hədəfə alınıb, məhv edilməlidir.

Sina terror hadisəsini Oman şahı, Rusiya prezidenti, Misirin Ortodoks məsihilər kilsəsi, Küveytin əmiri, İordaniya kralı, BƏƏ əmiri, İƏT, Suriya xarici işlər nazirliyi, İran, Fələstinin Azadlıq Cəbhəsi, Dünya Sufilər Birliyi və Müsəlman Alimlər Birliyinin məhkum ediblər.

http://iqna.ir/fa/news/3666463

ده‌ها کشته و زخمی در حمله مسلحانه به مسجدی در مصر / موج محکومیت جهانی

ده‌ها کشته و زخمی در حمله مسلحانه به مسجدی در مصر / موج محکومیت جهانی

ده‌ها کشته و زخمی در حمله مسلحانه به مسجدی در مصر / موج محکومیت جهانی

Teqlər: iqna ، misir ، terror ، sina
captcha