IQNA

Yəmənin Həzərmut əyalətində Qurana hörmətsizlik edildi

13:27 - November 24, 2017
Xəbər sayı: 3482424
Daha öncə bu əyalətdə oxşarı görünməmiş bir hadisədə anonim şəxslər iki məsciddə Qurani-Kərimin nüsxələrini yandırıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin Həzərmut əyalətində Qurani-Kərimə qarşı hörmətsizlik edilib.

Xəbər qaynaqlarının vediyi məlumatda bildirilir ki, daha öncə bu əyalətdə oxşarı görünməmiş bir hadisədə anonim şəxslər iki məsciddə Qurani-Kərimin nüsxələrini yandırıblar.

Bu xəbərə görə kimliyi bəlli olmayan bir neçə nəfər Yəmənin Həzərmut əyalətinin Mədudə rayonunun "Əl-Bəha" məscidi və Siyun rayonunun "ər-Rövzə" məscidində Qurani-Kərimin nüsxələrini yandıraraq bu müqəddəs kitabı təhqir ediblər.

Xəbərdə deyirilənə görə, bu naməlum şəxslər təkcə Qurani-Kərimi yandıraraq təhqir etməyə kifayətlənməyərək məsciddə olan namaz səccadələrini və məscidin iki eyvanını da yandıraraq bu müqəddəs məkanlara qarşı hörmətsizlik ediblər.

Hadisənin törədilməsinə səbəb olan amillər və həmçinin hadisəni törədənlər barədə heç bir məlumat yoxdur.

http://iqna.ir/fa/news/3666405


Teqlər: iqna ، məscid ، yəmən
captcha