IQNA

Pakistanda bir məscidin yanında terrorist kamikadze özünü partlatdı

12:39 - November 24, 2017
Xəbər sayı: 3482423
Xəbər mənbələrinin verdiyi məlumata görə, bir az öncə Pakistanın Pişavər şəhərində bir məscidinin önünüdə terrorist kamikadze özünü partladıb. Hadisə zamanı bir polis nəfəri ölüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin Cümə günü, 24 Noyabr 2017-ci il, günorta saatlarında Pakistanın Pişavər şəhərində terror hadisəsi baş verib.

Xəbər mənbələrinin verdiyi məlumata görə, bir neçə saat öncə Pakistanın Pişavər şəhərində bir məscidinin önünüdə terrorist kamikadze özünü partladıb.

İntiharçı terroristin bu hücumu nəticəsində onlarla insan yaralanıb və Əşrəf Nur adında bir polis nəfəri həyatını itirib.

Terror hadisəsi Pişavərin "Həyatabad" qəsəbəsində Zərquni məscidinin önündə törədilib.

Xatırladaq ki, Pişavər şəhəri məşhur Xeybər keçidində, sərhəd regionunda yerləşir və Pakistanın mədəni, siyasi və iqtisadi mərkəzlərindən biri sayılır. Bu regionda yaşayanlar əsasən Pəştulardır.

http://iqna.ir/fa/news/3666433


Teqlər: iqna ، pakistan ، pişavər ، terror
captcha