IQNA

Livanın Müsəlman Alimləri Birliyi:

HİZBULLAH təşkilatını terrorist adlandırmaq sionistlərlə həmrəy olmaqdır

8:45 - November 23, 2017
Xəbər sayı: 3482421
"Livanın Müsəlman Alimləri Birliyi" Livanın HİZBULLAH hərəkatını terrorist adlandırmağı Fələstin məsələsi əleyhinə məkirli bir plan və işğalçı sionist yəhudiləri ilə həmrəylik hesab edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Livan Müsəlman Alimləri Birliyi" bəyaniyyə yayaraq Livanın "İslami Müqavimət Hərəkatı"nı (HİZBULLAH) terrorist adlandırmağı Fələstin məsələsi əleyhinə məkirli bir plan və işğalçı sionist yəhudiləri ilə həmrəylik hesab edib.

"Livanın Müsəlman Alimləri Birliyi"nin idarə heyəti bu birliyin mərkəzi şurasında Livanın və regionun son siyasi dəyişikliklərini müzakirə etmək üçün toplantı keçirib.

Şeyx Əhməd Zeyn "Livanın Müsəlman Alimləri Birliyi"nin idarə heyətinin rəisi, bu birliyin mərkəzi şurasının toplantısında birliyin bəyaniyyəsini oxuyub.

Bəyaniyyədə deyilir: Hazırda region çox həssas bir dönəmi yaşayır. Gələcək nəsillərin taleyi bu gün baş verənlər dəyişikliklərdən asılıdır. Biz hazırda Amerika-İsrail və müqavimət dəstələri arasında böyük bir savaşın şahidiyik ki, müqavimət dəstələri İraq və Suriyada qələbə qazanmaq iftixarını əldə edib.

"Livanın Müsəlman Alimləri Birliyi" bəyaniyyədə HİZBULLAH hərəkatını regionun İslami Müqavimətinin simvolu və İslam ümməti üçün müasir tarixin ən şərəfli səhifəsi aldandıraraq vurğulayıb: Bəzi Ərəb ölkələri tərəfindən Livanın "İslami Müqavimət Hərəkatı"nı (HİZBULLAH) terrorist adlandırmaq Fələstin məsələsi əleyhinə məkirli bir plan və işğalçı sionist yəhudiləri ilə həmrəylikdir.

"Livanın Müsəlman Alimləri Birliyi" bəyaniyyənin davamında Yəmən faciəsinə işarə edərək, yəmənli qadın və uşaqların acınacaqlı durumuna qarşı beynəlxalq təşkilatların şübhəli mövqeyini və səudiyyəlilərin vəhşiliyi barədə səssizliyini qınayıb.

Həmçinin bəyaniyyədə bütün müsəlman dövlətlərindən tələb olunur ki, Yəmən və Fələstin məsələsində zalimlərin zülmünün qarşısında müqavimət göstərsinlər.

"Livanın Müsəlman Alimləri Birliyi" vurğulayır: Fələstinli qruplar öz aralarında olan ixtilafları həll edərək birləşsinlər. Və HİZBULLAH hərəkatı da yaxın gələcəkdə Fələstini işğaldan azad etmək üçün heç vaxt silahını yerə qoyamayacaqdır.

"Livanın Müsəlman Alimləri Birliyi" bəyaniyyənin sonunda İraq və Suriyada qazanılan qələbə ilə bağlı bu yolda zəhməti keçənləri təbrik edir.

http://iqna.ir/fa/news/3665884

Teqlər: iqna ، hizbullah ، livan ، suriya ، İraq ، fələstin
captcha