IQNA

ISESCO 2019-cu ili "İslam Dünyasında Mədəni İrs" ili elan etdi

0:08 - November 23, 2017
Xəbər sayı: 3482420
İslami ölkələrin mədəniyyət nazirləri Xortumda keçirilən 10-cu iclaslarında daimi və inkişaflı mədəniyyətin formalaşması hədəfi ilə 2019-ci ili "İslam Dünyasında Mədəni İrs" ili elan etdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İSESCO (İslami Təhsil, Mədəniyyət və Elm) təşkilatına üzv ölkələrin 10-cu iclası cari həftənin 2-ci günü, 21 Noyabr 2017-ci il, Sudanın paytaxı Xortumda keçirildi.

Bu iclasda iştirak edən ölkələr İslami ölkələrin maddi və mənəvi irsinin qorunması və himayə edilməsi üçün beynəlxalq müstəvidə qəbul edilən müqavilə və sazişlər əsasında daha güclü və qüdrətli addımlar atılmasının lazım olduğunu vurğuladılar.

İclasda iştirak edən ölkələrdən tələb olundu ki, öz ölkələrinin milli və mədəni irslərinin tanıdılması üçün gün müəyyən etsinlər. Həmçinin vətəndaşlar və turistlərin tarixi və mədəni məkanları pulsuz ziyarət etməsi üçün şərait yaratsınlar. Bu ziyarətlər çərçivəsində milli və dini irsin qorunması barədə maarifləndirmə işi aparsınlar.

İslami ölkələrin mədəniyyət nazirləri Sudanın paytaxtı Xortumda keçirilən 10-cu iclaslarında müsəlman ölkələrində İslami mədəniyyətin yayılması və genişlənməsini dəstəkləmək, həmçinin daimi və inkişaflı İslami mədəniyyətin formalaşması hədəfi ilə 2019-ci ili "İslam Dünyasında Mədəni İrs" ili elan etdilər.

Sudanın paytaxtı Xortumda keçirilən 10-cu iclasda İSESCO (İslami Təhsil, Mədəniyyət və Elm) təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin 11-ci iclası 2019-cu il Tunisdə keçiriləcəkdir.

http://iqna.ir/fa/news/3665987


Teqlər: iqna ، isesco ، sudan ، tunis ، xortum
captcha