IQNA

Çində müsəlmanların Quranları müsadirə edildi

9:43 - November 22, 2017
Xəbər sayı: 3482418
Çinin Sincan əyalətinin yüksək vəzifəliləri və dövlət məmurları 30 min Qazax mənşəli türk müsəlmanın evini təftiş etdirərək onların Quran, səccadə və digər məzhəbi əşyalarını müsadirə etdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çinin Sincan (Xinjiang) əyalətinin yüksək vəzifəli səlahiyyətliləri və dövlət məmurları 30 min Qazax mənşəli türk müsəlmanın evini təftiş etdirərək onların Quran, səccadə və digər məzhəbi əşyalarını müsadirə etdilər.

Bundan iki ay öncə də Çinin Sincan (Xinjiang) əyalətinin dövlət məmurları müsəlmanlara evlərində dini və məzhəbi əşyaları saxlamamaq barədə xəbərdarlıq etmişdilər və bəyaniyyə yaymışdılar ki, müsəlmanlar evlərində saxladıqlar dini əşyları polisə təhvil versinlər, əks halda, müsəlmanların evlərindən dini və məzhəbi simvol olan əşyalar tapılarsa, bunun ağır nəticələri ola bilər.

Çinin Sincan (Xinjiang) əyalətinin Tekes şəhərinin sakinlərindən biri Qazaxıstandan qayıtdıqdan sonra yaşadığı evin polis qüvvələri ilə dolu olduğunu görür.

O deyir: Mənim və altımış nəfər digər qazaxıstanlının adı polisin axtarışında olan şəxslər siyahısına salınmışdı. Səbəb kimi isə bizim uzun müddət ərzində Xinjiangda olmamağımız göstərilmişdi.

O əlavə edib: Cari ilin Oktyabr ayının 25-dən Noyabr ayının ilk günlərinədək 30 min müsəlmanın evi Sincan polisləri tərəfindən təftiş edilib. Təftiş zamanı onların Quran, səccadə və digər məzhəbi əşyalarını müsadirə olunmuşdur.

http://iqna.ir/fa/news/3665467


Teqlər: iqna ، quran ، çin ، qazaxıstan ، uyğur
captcha