IQNA

İraqda "kilsələrin bərpası" kampaniyası başladı

8:03 - November 21, 2017
Xəbər sayı: 3482412
Mosul şəhəri İŞİD ünsürlərindən təmizləndikdən sonra Neynəva əyalətinin bir qrup cavanı məsihi qaçqınları öz evlərinə dönməyə təşviq etmək hədəfi ilə "kilsələrin bərpası" kampaniyasına başladılar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Mosul şəhəri İŞİD terrorçu ünsürlərindən təmizlənməsinin ardınca Neynəva əyalətinin bir qrup cavanı məsihi və xristian qaçqınları öz evlərinə dönməyə təşviq etmək və həvəsləndirmək hədəfi ilə "kilsələrin bərpası" kampaniyasına başladılar.

Fəllah İbadi - "Kilsələrin bərpası" kampaniyasının üzvlərindən biri, bu xəbəri yayaraq bildirib ki, kampaniyanın hədəfi bu əyalətdə İŞİD terrorçularının sakinlər arasında yaratdığı təşviş və nigarançılığı ortadan qaldırmaqdır.

O dedi: Mosulun şimal-şərqində yerləşən Təklif rayonunun "Məsihin Müqəddəs Ürəyi kilsəsi"nin yenidənqurmaq və bərpa işləri vətəndaşların könüllü həmkarlığı ilə başa çatmışdır.

Əmmar Hatəm - "Kilsələrin bərpası" kampaniyasının üzvlərindən biri, bu barədə dedi: Bu kampaniyaya qoşulanların çoxu öz gündəlik işlərini tətil edərək kilsələrin bərpası ilə məşğuldurlar və istəyirlər ki, məsihilərin ibadət ocaqlarını təmir etməklə onları öz evlərinə qayıtmağa, həyatlarını yenidən şad yaşamağa təşviq etsinlər və bununla da bu gözəl və xeyir işdə şərik olsunlar.

İraqın "Kilsələrin İşləri Üzrə Koordinator"u Süfyan Ədnan bu kampaniyanı təşkil edənlərə təşəkkür edib, həmçinin kampaniyaya qoşulanlardan istəyib ki, kilsələrə girərkən məsullarla həmkarlıq və kilsə qanunlarına və ədəblərinə riayət etsinlər.

Xatırladırıq ki, İraqın Neynəva əyalətinin Təklif rayonunda 800 xristian ailəsi İŞİD-in cinayətləri səbəbindən öz yurd-yuvalarını tərk etməyə məcbur olmuşdular.

http://iqna.ir/fa/news/3665223


Teqlər: iqna ، İŞİd ، İraq ، kilsə
captcha