IQNA

"Neo-Nasist"lər İsveçdə bir məscidə hücum ediblər

7:18 - November 21, 2017
Xəbər sayı: 3482411
İsveçin Sodermanland şəhərinin "Flen İslami Mədəniyyət Mərkəzi"nin nəzdində fəaliyyət göstərən "Əl-Hüda" məscidi anonim şəxslər tərəfindən hücuma məruz qalıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən həftənin bazar günü, 19 Noyabr 2017-ci il, İsveçin Sodermanland şəhərinin "Flen İslami Mədəniyyət Mərkəzi"nin nəzdində fəaliyyət göstərən "Əl-Hüda" məscidi anonim şəxslər tərəfindən hücuma məruz qalıb.

"Əl-Hüda" məscidinə hücum edənlər məscidin qapısına "sınıq xaç" (nasistlərin simvolu) şəkili çəkiblər.

İsveçin İslami Federasiyasının rəhbəri Tahir Akan bu barədə dedi: Flen rayonunun müsəlmanları bu hadisədən çox narahat olublar. Və polis də bu barədə araşdırmalara başlayıb. İstintaqın nəticələri İslami Federasiya qərargahına da elan olunacaqdır.

Akan əlavə edib: Polis hazırda məscidin təhlükəsizlik kamerasının qeydlərini araşdırır və ümidvaram ki, hadisəni törədənlər tapılacaqdır.

Qeyd edək ki, İsveçin Sodermanland şəhərinin Flen rayonu ərazisində fəaliyyət göstərən bu məscid əvvəllər kilsə olub. "Flen İslami Mədəniyyət Mərkəzi" kilsənin binasını və yerini alaraq məscid edib.

Əbdi Osman Bukarın (məscidin xuddamı) dediyinə görə, bu məscid 2012-ci və 2014-cü illərdə də dörd dəfə nasistlərin hücumuna məruz qalmışdır.

http://iqna.ir/fa/news/3664892


Teqlər: İsveç ، məscid ، nasist ، neo-nasist ، neo-nazi
captcha