İnterAz-ın "SalamNews"a istinadən verdiyi xəbərə görə, bəyanatda müsəlmanlara qarşı törədilər cinayətlər sərt şəkildə pislənilir.
"Radikal buddistlərin və Myanma ordusunun müsəlmanlara qarşı törətdiyi cinayətlər ötən həftədən yeni bir mərhələyə daxil olub. Bu cinayətlərin qarşısı alınmazsa, insanlıq tarixinə daha bir qenosid qeyd ediləcək" deyə bəyqnatda bildirilir.
Sepah Myanmanın müsəlman xalqına hər növ kömək, məzlum müsəlmanları hər cür himayə etməyə hazır olduğunu bəyan edərək bildirib: "İslam hökümətinin məsullarından (prezident və aidiyyatı qurumlar - red) gözləntimiz budur ki, bütün diplomatik kanalları işə salaraq, beynəlxalq ictimaiyyətin və islam ölkələrinin iradə və imkanlarını çoxusu sünnü olan müsəlman qardaş və bacılarımızın xilası üçün hərəkətə keçsinlər". /interaz/