IQNA-nın (Beynəxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əhli-Beyt (ə) hərəminin müdafiəçisi şəhid Möhsün Hücəcinin pak bədəni həftənin şənbə günü, 2 Sentyabr 2017-ci il tarixində, günün ikinci yarısında, yerli vaxtla saat 16:00-da Tehranın "İmam Hüseyn (ə) meydanı"ndan "Şühəda meydanı" istiqamətində şəhidpərvər xalqın izdihamlı iştirakı ilə təşyi və müşayət olunacaqdır.
Qeyd edək ki, SEPAH-ın quru qoşunları qərargahının verdiyi bəyaniyyədə Şəhid Möhsün Hücəcinin pak bədəni HİZBULLAH tərəfindən İŞİD terrorçularından geri alınaraq Suriya qoşunlarına təhvil verildikdən sonra cəsədin üzərində DNA (DNK) analizi aparılıb və cəsədin Şəhid Möhsün Hücəciyə aid olduğu öz təsdiqini tapıb. Bundan sonra isə Suriya silahlı qüvvələri şəhidin cənazəsini İran İslam Respublikasının silahlı qüvvələrinə təhvil verib.
http://www.iqna.ir/fa/news/3636812