IQNA

Bu ilin Həccində avropalı hacıların sayı

15:16 - August 31, 2017
Xəbər sayı: 3482067
Səudiyyə Ərəbistanın rəsmi statistikasına görə bu il iyirimi səkkiz Avropa ölkəsindən Həcc mərasimində 193 min 761 nəfər iştirak edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın rəsmi statistikasına görə bu il iyirimi səkkiz Avropa ölkəsindən Həcc mərasimində 193 min 761 nəfər iştirak edir.

Türkiyə, Amerika, Avropa və Avstraliya hacılarına aid "Təvafçılar Müəssisəsi" bu xəbəri elan edərək əlavə edib: Türkuyə 80 min hacı Həcc səfərinə göndərməklə Avropa ölkələri arasında ən çox hacı sayına, Ukrayn isə 50 nəfər hacısı olmaqla ən az hacı sayına malikdir.

Bu xəbərə görə, İngiltərə 25200, Rusiya 23700, Fransa 21200 və Almaniya 11000 nəfər hacı sayıla ilə ikinci, üçüncü, dördüncü və beşinci yerdədirlər.

Xəbərdə deyilir ki, Avropanın 17 ölkəsindən bu il Həcc mərasiminə zəvvar gəlməyib ki, ibarətdirlər: Çexiya, Macarıstan, Belarusiya, Slavakiya, Xarvatiya, Moldova, Ermənistan, Litva, Makedoniya, Sloveniya, Litviya, Latviya, Estoniya, Qibrisiya (Kipr), Montonegro (Çernoqoriya), Lüksemburq, Malta, İslandiya və Velz.

Bu ilin Həcc mərasimində Avropa Birliyinin 17 ölkəsindən hacı iştirak edir və bu birliyin 12 ölkəsindən Həcc mərasimində iştirak edən yoxdur.

Türkiyə, Amerika, Avropa və Avstraliya hacılarına aid "Təvafçılar Müəssisəsi"nin rəisi Tariq Ənqavi bu barədə dedi: Avropanın cənub və şərq ölkələrində artmaqda olan iqtisadi böhran və "avro"nun qiymətinin aşağı düşməsi bu ölkələrdən hacıların sayının azalmasında təsir qoymuşdur.

http://www.iqna.ir/fa/news/3636720


Teqlər: iqna ، həcc ، avropa hacıları
captcha