IQNA

Təkfir; Ərəbistanın siyasi sistemini möhkəmləndirmək üçün bir vasitə

6:20 - September 21, 2016
Xəbər sayı: 3480819
Tehran, 21.09.2016 – Ərəbistanın siyasi sistemi təkfirçi düşüncə üzərində qurulub və Ali-Səud rejimi "təkfir"dən bir alət olaraq öz siyasi sistemini möhkəmləndirmək üçün istifadə edir.












İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbərə görə, İranlıların səudiyyəli vəhabi müfti tərəfindən təkfir edilməsi yeni bir şey deyildir, çünki Ərəbistanın siyasi sistemi təkfirçi düşüncə üzərində qurulub və Ali-Səud rejimi "təkfir"dən öz siyasi sistemini möhkəmləndirmək üçün bir vasitə olaraq istifadə edir.

İsra əl-F`əs – beynəlxalq məsələlər üzrə siyasi politoloq, "ət-təkfir əs-siyasi fi məmləkəti Ali-Səud: minəl-əmid iləl-həfid" (Ali-Səud Ərəbistanında siyasi təkfirçilik: bu rejimin qurucusundan nəvəsinə qədər) adlı bir məqalədə Səudiyyənin vəhabi və təkfirçi müftisi Əbdül-Əziz Ali Şeyxin başından böyük danışması və iranlıları məcus adlandıraraq təkfir etməsi barədə yazaraq vurğulayır: İranlıların səudiyyəli vəhabi müfti tərəfindən təkfir edilməsi yeni bir şey deyildir. Bəlkə bu baxış təkfirçi bir düşüncədən doğur ki, Səudiyyə Ərəbistanının padşahlıq rejimi onun üzərində qurulmuşdur. Həqiqətdə isə təkfir bir silahdır ki, Ərəbistan hökuməti ondan öz siyasi hakimiyyətinin əsaslarını möhkəmləndirmək üçün istifadə edir.

Buna görə də çox da təəccüblü deyildir ki, azğın vəhabi firqəsinin qurucusu Məhəmməd ibn Əbdül-Vəhabın soy kökündən olan Səudiyyənin vəhabi və təkfirçi müftisi Əbdül-Əziz Ali Şeyx kimi axmaq müftilər özlərinə daha çox yaraşacaq bir ibarə ilə iranlıları təkfir edərək və onları müsəlmanların düşməni adlandıraraq Kəbənin ziyarəti zamanı hacıların qətliamını və Həccin ən müsibətli hadisəsi olan Mina faciəsini ört-basdır etmək və zehnlərdən silmək istəyir. Halbuki ürəkdağlayan Mina hadisəsində dünyanın 30 İslami ölkəsindən olan 7 mindən çox hacı şəhid edilmişdir ki, onlardan 464 nəfəri iranlılardır.

Səudiyyənin vəhabi və təkfirçi müftisi Əbdül-Əziz Ali Şeyx "MƏKKƏ" qəzeti ilə müsahibəsində iddia etmişdi ki, "iranlıların Həcc mövsümü ilə bağlı Ali-Səuda eyb tutması çox da təəccüblü bir şey deyil, çünki onlar müsəlman deyildirlər, onlar məcusdurlar və onların müsəlmanlar, xüsusi ilə də əhl-sünnətlə düşmənçiliyinin tarixi kökləri vardır".

Ali Səud rejiminin təkfirçi müftisi muzdurluq etdiyi rejiminin İranın tənqidi qarşısında suda boğulanlar kimi əl-ayaq çaldığını görərək İranın İslam İnqilabı rəhbəri "İmam Xamenei"nin müsəlmanlara etdiyi nidanın cavabını vermək üçün "təkfir silahı"ndan istifadə etdi. Halbuki İmam Xamenei bu ismarıcda müsəlmanlardan istəmişdi ki, Həcc məsələlərinin həlli və Həcc mərasiminin idarəsi üçün çarə fikirləşsinlər. Çünki Ərəbistanın rəsmi məqamları törətdikləri cinayətlərin qarşısında üzr istəmək yerinə, çox həyasızcasına Mina faciəsi barədə "həqiqət axtaran heyət"in təşkil olunmasının da qarşını aldılar. Həmçinin hacıların hörmətini saxlamayaraq onların cəsədlərini səliqəsiz və bir-birinin üzərinə qalaqlanmış şəkildə kantinerlərə doldurdular və bundan da pisi isə yaralıları dərman etmək əvəzinə ölülərlə bir yerdə kantinerlərə dolduraraq onların da ölməsinə səbəb oldular.

Bu kimi məsələləri nəzərə alsaq çox da təəccüblü deyildir ki, azğın vəhabi firqəsinin qurucusu Məhəmməd ibn Əbdül-Vəhabın soy kökündən olan Səudiyyənin vəhabi və təkfirçi müftisi Əbdül-Əziz Ali Şeyx kimi axmaq müftilər özlərinə daha çox yaraşacaq bir ibarə ilə iranlıları təkfir edərək və onları müsəlmanların düşməni adlandıraraq Kəbənin ziyarəti zamanı hacıların qətliamını və Həccin ən müsibətli hadisəsi olan Mina faciəsini ört-basdır etmək və zehnlərdən silmək istəyir.

Şeyx Əhməd ibn Zeyni Dehlan – Osmanlı imperatorluğunun sonlarında Məkkə və Mədinənin imamı və Şafei məzhəbinin müftisi, Ali Səudun qurmaq istədiyi ilk dövlətin süqutunun şahidi olmuş və özünün "Üməraul-Bələdil-Həram" kitabında vəhabilik firqəsinin qurucusu olan Məhəmməd ibn Əbdül-Vəhabı belə vəsf edir: Məhəmməd ibn Əbdül-vəhab və onun silahdaşları və ardıcılları müsəlmanları təfkir edərək onlara hakimiyyət edirdilər. Qan tökməyi, insanların mal və mülkünü qarət etməyi və Peyğəmbəri (s) təhqir etməyi halal sayırdılar. Məhəmməd ibn Əbdül-Vəhab deyirdi ki, "mən sizin üçün yeni bir din gətirmişəm". Və o inanırdı ki, İslam təkcə ona və ardıcıllarına aiddir və öz silahdaşlarından başqa hər kəsi müşrik və kafir adlandırırdı.

Vəhabiyyət təfəkkürü bütün müsəlmanları və xüsusilə də hər şeydən öncə Əhl-Sünnə vəl-Cəmaətin özünü təkfir edir.

Məhəmməd ibn Əbdül-Vəhab Hicaz və Nəcd əhalisini təkfir etdi ki, Ali-Səud hakimiyyətinin ilk özülünü tökən Məhəmməd ibn Səud və onun övladlarının qətliamlarla yadda qalan müharibələrini şəri baxımdan qanuniləşdirsin.

Bu dəfə də azğın vəhabi firqəsinin qurucusu Məhəmməd ibn Əbdül-Vəhabın soy kökündən olan Səudiyyənin vəhabi və təkfirçi müftisi Əbdül-Əziz Ali Şeyx öz sələflərinin yolunu gedərək iranlıları təkfir etdi ki, Ali-Səudun regionda törətdiyi cinayətləri, qətliamları və müsəlmanları müsəlmanlara öldürtməsini şəri baxımdan qanuni göstərsin.

Vəhabilərin bu kimi İslamdan uzaq təfəkkürlərinə görə, Əhl-Sünnə vəl-cəmatəin alimləri Çeçenistanda keçirilən konfransda vəhabiləri Əhl-Sünnə məzhəbindən xaric hesab etdilər.

http://iqna.ir/fa/news/3531462


captcha