IQNA

Ali Dini Liderin avropalı cavanlara məktubu 23 dilə tərcümə edili

22:11 - November 30, 2015
Xəbər sayı: 3458805
Beynəlxalq şöbə: Müsəlmanların Ali Dini Lideri və İran İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin avropalı cavanlara son terror olayları ilə bağlı 2-ci məktubu da dünyanın 23 dilinə tərcümə edildi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "hajj.ir" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, təqribən bir il öncə, qış aylarında Fransada baş verən hadisələr və fransız jurnalının İslami müqəddəsləri təhqir etməsinin və Qərb mediasında islamofob hərəkatlarının çoxalmasının ardınca müsəlmanların Ali Dini Lideri və İran İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin avropalı və amerikalı cavanlara xüsusi əhəmiyyətli bir məktub ünvanlamışdı.



Bu il də Fransanın paytaxtı Parisdə baş verən terror hadisələrinin ardınca islamofob hərəkatlara start verilib, qərb mediası müsəlmanları təhqir etməkdə davam edir. Buna görə də müsəlmanların Ali Dini Lideri Həzrət Ayətullah Üzma Xamenei cənabları dünən, 29 noyabr 2015-ci il tarixində yenə də avropalı cavanlara müraciət ünvanlamışdır. O, bu məktubda bu cür hadisələrin həmrəylik üçün zəminə olduğunu vurğulamış, dünyadakı acı hadisələri xatırlatmış, terroru himayə edən dövlətlər barədə danışmış, İsrailin dövlət siyasətinin terror olduğunu vurğulamış və bəyan etmişdir ki, "mən, siz cavanlardan istəyirəm ki, doğru və dərin bir tanışlıq, uzaqgörənlik və dəqiq təcrübələr əsasında və vicdanla səhnəyə gəlin və İslam dünyası barəsində fikirlərinizi doğru dialoq əsasında formalaşdırın.



İran İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin avropalı cavanlara ünvanladığı bu məktub dünyanın 23 dilinə, o cümlədən Ərəb, İngilis, Ordu, İspan, İtalyan, Alban, Bosni, Alman, Rus, Özbək, Dəri, Husa, Sahili, Çin, Erməni, Yapon, Hindi, Banqalı və Türkmən dillərinə tərcümə edilmişdir.



3458625

Teqlər: rəhbər ، imam ، xamenei ، avropa ، paris ، məktub
captcha