IQNA

İslami irsin nümayəndələri "Kordoba" məscidinin malikiyyətinin qorunmasını istədilər

8:45 - November 12, 2015
Xəbər sayı: 3447362
Beynəlxalq şöbə: İslami İrs və Memarlıq sahəsi üzrə tədqiqatçılar və elm adamlarından bir qrupu İspaniya dövlətindən tələbə etdilər ki, tarixi "Kordoba Came Məscidi"nin malikiyyət hüquqlarının qorunması üçün ciddi addımlar atsın.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "deyli sabah" qəzetinin informasiya portalına istinadla verdiyi xəbərə görə, bu qəzet bir xəbəri yayaraq dedi: İspaniya, Amerika, Fransa, İngiltərə, Protuqaliya, İrlandiya, Türkiyə, Şili, Almaniya və Mərakeş kimi ölkələrin 36 universitetinin İslami İrs üzrə tədqiqatçı və araşdırmaçılarından 100 nəfəri müştərək bir sənədi imzalayaraq bu sənəddə İspaniyanın "yepiskoplar şurası"nın idarəsində olan Kordoba şəhərinin baş yepiskopunu "Kordoba Came Məscidi"nin tarixi əhəmiyyətinə önəm verməməkdə ittiham ediblər.



İslami İrs üzrə tədqiqatçı və araşdırmaçılar imzaladıqları bu sənəddə dedilər: Bu məscidin malikiyyətinin Kordoba şəhər yepiskoplar şurasına aid olmasını təsdiqləyən heç bir qanuni sənəd yoxdur. Çünki İspaniya padşahı  III Fredinandın 1236 – cı miladi ilində imzaladığı əmrə görə məsihi və müsəlmanlar "Kordoba Came Məscidi"ndən müştərək istifadə edə bilərdilər. Bu əmrin mənası bu tarixi məscidin "Kordoba yepiskoplar şurası"na hədiyyə olunması deyildi.



Qeyd edək ki, İspaniyanın katolik kilsəsinin rəsmiləri keçən illər ərzində dəfələrlə qədim tarixə malik və müsəlmanların mənəvi irsi sayılan Kordoba Came Məscidini kilsəyə çevirmək istəmişlər. Amma hər dəfə İslami irsin qoruyucuları və müsəlman ictimaiyyət tərəfindən etirazlarla üzləşmişlər.



İslami İrs və Memarlıq sahəsi üzrə tədqiqatçılar və elm adamlarından bir qrupunun yazdığı bu sənəddə İspaniya dövlətindən tələbə edilir ki, tarixi "Kordoba Came Məscidi"nin malikiyyət hüquqlarının qorunması və yepiskopların əlindən xilas olunması üçün ciddi addımlar atsın.



Kordoba (Qortubə və ya Muskiyə keçmiş adları) Came Məscidi İspaniyanın (Əndəlus) Kordoba şəhərində yerləşir. Bu məscidinin 1200 illik tarixi vardır. Müsəlmanların İspaniyada məğlubiyyətindən sonra bu məscid "Kordoba Kilsə Məscidi" adlanırdı. İndi isə yepikoplar məscid sözünü də bu addan çıxardaraq "Kordoba Kilsəsi" adlandırmaq istəyirlər.



3446675

Teqlər: məscid ، kordoba ، İspaniya ، kilsə
captcha