IQNA

İrlandiya İslam iqtisadi imkanların nəzərdən keçirəcək

19:32 - April 09, 2011
Xəbər sayı: 2102885
Beynəlxalq şöbə: Aprelin 11-də İrlandiyanın paytaxtı Dublin şəhərind Klaryun hotelində İslam iqtisadi inkişaf imkanları mövzusunda konfrans keçiriləcək.
İQNA Quran agentliyinin “Inside Ireland” saytına istinadən məlumatına əsasən, konfransda beynəlxalq bankçılıq rejimləri, İrlandiyada iqtisadi imkanlar və İrlandiya Beynəlxalq Maliyyə Xidmətləri Təşkilatı (IFSC) –nin İslam maliyyə xidməti göstərən yeganə mərkəz kimi bu ölkənin iqtisadiyyatında rolu kimi məsələlər müzakirə olunacaq.
Konfrans İrlandiya Mühasibat İdarəetmə Müəssisəsi tərəfindən təşkil olunub. Konfrans yerli vaxtla saat 09:30-dan 24:00 –dək davam edəcək. Konfransda həmçinin İslam iqtisadiyyatının tanıtdırılması, Beynəlxalq və regional bazarda islam iqtisadiyyatının inkişafı, İslam İqtisad sisteminin öyrədilməsi və digər mövzular müzakirə olunacaq.770953
captcha